İran-Azərbaycan dostluğu sarsılmazdır


Sülhsevər siyasət yürüdən Azərbaycan Respublikası region dövlətləri ilə əlaqələrin şaxələndirilməsinə xüsusi əhəmiyyət verir. Qonşu ölkələr arasında səmimi dostluq münasibətləri formalaşdırmaqla iri iqtisadi layihələr reallaşdırmaq və regionda yaşayan xalqların rifahının yüksəlməsinə nail olmaq olar. Bu baxımdan Azərbaycan Respublikasının yaxın qonşu İran İslam Respublikası ilə münasibətləri çox mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdıqdan və Azərbaycan-İran dövlət sərhəddi bərpa olunduqdan sonra Şərqi Zəngəzur iqtisadi rayonunda iki ölkənin əməkdaşlığı baxımından yeni perspektivlər formalaşmış oldu. Şübhəsiz ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsinə öz töhfələrini verir.Əməkdaşlığımız genişləndikcə dövlətlərimiz də bu qarşılıqlı fəaliyyətdən daha çox mənfəət əldə edir. Azərbaycan Respublikası və İran İslam Respublikası iki müstəqil dövlət kimi daim bir-birini dəstəkləyir. Bu dostluq və qardaşlıq dərin tarixi köklərə əsaslanır. Bunun nəticəsində hər iki xalq üçün zəngin ortaq dəyərlər formalaşmışdır. 
19 may 2024-cü il tarixində möhtərəm Cənab İlham Əliyev Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimindəki çıxışında İran-Azərbaycan əlaqələrinin inkişafına dair maraqlı və vacib açıqlamalar verdi. Dövlət başçımız bildirdi ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Biz bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq. Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. Hesab edirəm ki, Ermənistan səhv addım atmamalıdır. Regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır. Ermənistan uzun illər ərzində buradan uzaqlarda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlamışdır. Nəticə nə oldu? Nəticə onlar üçün o qədər də ürəkaçan olmamışdır. Yəni, növbəti səhv buraxmasın.
Daha sonra dövlət başçımız əlavə etdi ki, İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı da çox müsbətdir. Bu görüşlərin həm mahiyyət üzrə çox böyük əhəmiyyəti var, həm də xalqlarımıza, bölgəyə və dünyaya ciddi mesajdır. İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. 
Hal-hazırda Azərbaycan Respublikasının İran İslam Respublikası ilə əlaqələri regional yaxınlaşmanın və inteqrasiyanın əsas hərəkətverici qüvvəsidir. İki ölkə xalqının iradəsi ilə bu əlaqələrin gələcəkdə də davam etdirilməsi və dərinləşdirilməsi baxımından kifayət qədər geniş imkanlar var. Genişlənən əlaqələrimiz xalqlarımızın rifahına önəmli töhfələr verəcək.

Elvin Əlizadə
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

24-05-2024, 18:26 129

Digər xəbərlər

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın xarici siyasətində balanslı və çoxşaxəli yanaşmanı nümayiş etdirir

Xalqına sədaqətlə xidmət edən ailə - FOTO

Sumqayıtda çörək sexində yanğın söndürüldü - Foto

Sumqayıtda velosiped idmanına dəstək layihəsi

Sumqayıt teatrında iz qoymuş sənətkarın doğum günüdür

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

Sumqayıt-Horadiz marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

Sumqayıtin bu ərazisində qazın verilməsi dayandırılacaq

Sumqayıtda qanunsuz tikililərlə bağlı yeni işçi qrupu yaradılıb

672 balla Tibb Universitetinə qəbul olan Səccad İsgəndərli – Məktəbimizin fəxri- FOTO

Bu gün Sumqayıtda hava necə olacaq?

1 2 3 4 5 6 7 8 9 10 ... 962
Bu gün, 17:12
Bu gün, 16:29
Bu gün, 16:08
Bu gün, 14:50
Bu gün, 14:42
Bu gün, 13:43
Bu gün, 13:22
Bu gün, 12:02
Dünən, 14:43
Dünən, 13:28
Dünən, 13:20
Dünən, 11:38
Dünən, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
20-08-2025, 20:34
20-08-2025, 15:52
20-08-2025, 15:38
20-08-2025, 15:20
20-08-2025, 11:01
1 2 3 4 5 6 7 8 9 10 ... 962