Sumqayıtda narkotik satan ana və qızı tutuldu - VİDEO

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində şəhər ərazisində silsilə əməliyyatlar həyata keçirilib.
DİN-in mətbuat xidmətindən Sumqayit.tv-yə verilən məlumata görə, nəticədə külli miqdarda, yəni, 2 kiloqram 400 qrama yaxın yüksək təsiredici xassayə malik narkotik vasitələr və 149 ədəd psixotrop tərkibli dərmanlar qanunsuz dövriyyədən çıxarılıb.
Belə ki, Polis İdarəsinə şəhər ərazisində "Qəmər” və "Sədat” adlı şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatları daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində onların əvvəllər dəfələrlə narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olduqlarına görə məhkum edilmiş Sumqayıt şəhər sakinləri Qəmər Cəfərova və qızı Sədat Cəfərova olduqları müəyyən edilib. Polislər tərəfindən saxlanılan zaman Q.Cəfərovanın üzərindən 11 qram satmaq üçün nəzərdə tutulan heroin və psixotrop maddə "metamfetamin” aşkar olunaraq götürülüb. O, ifadəsində narkotik vasitələrin bir hissəsinin isə qızı S.Cəfərovanın evində olduğunu bildirib.
Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq S.Cəfərovanın saxlanılması istiqamətində onun yaşadığı ünvana gedilib. Məsuliyyətdən yayınmaq istəyən S.Cəfərova 18 yaşlı qızını öz çirkin əməllərinə alət edərək evində olan külli miqdarda narkotik vasitələri ona verib təcili yaşadıqları evi tərk etməsini istəyib. Bu zaman o, polislər tərəfindən binanın çıxış qapısında saxlanılıb və əlindəki bağlamaya baxış zamanı anasının gizlətmək üçün verdiyi ümumi çəkisi 1 kiloqram 700 qram narkotik vasitə, o cümlədən, 817 qram heroin, 703 qram "metamfetamin”, 60 qram marixuana, 90 qram tiryək və 141 ədəd satışı qadağan edilən "Metadon” həbləri aşkar olunaraq götürülüb.



10-06-2021, 20:47 423

Digər xəbərlər

Şəhid mayorun oğlu tələbə adını qazandı – atasının adını qürurla yaşadır-FOTO

Zakir Fərəcov sakinlərlə görüş keçirdi – müraciətlər yerində dinlənildi

Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirən böyük ürək sahibi — Mehriban Əliyeva

Sumqayıtda fəaliyyət göstərən institutda TƏYİNAT

Saray sakinlərindən 17 və 17A marşrutları ilə bağlı ŞİKAYƏT – avtobuslar 40-45 dəqiqə gecikir

Xırdalanda qanunsuz tikinti ilə bağlı təqsirləndirilən şəxsə bəraət verildi

Qarşıdan maşının gəldiyini görsə də dayanmağa səbri çatmadı - VİDEO

Sumqayıtda küçədə yaşlı qadının meyiti tapıldı

Mehriban Əliyevanın doğum günüdür

Əkiz bacılar eyni ixtisasa qəbul oldular – SUMQAYITDA TƏHSİL ALACAQLAR

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 20:10
Bu gün, 15:09
Bu gün, 14:51
Bu gün, 14:11
Bu gün, 13:26
Bu gün, 12:55
Bu gün, 12:05
Bu gün, 10:52
Bu gün, 09:58
Dünən, 22:50
Dünən, 13:46
Dünən, 13:35
Dünən, 12:37
Dünən, 12:29
Dünən, 12:25
Dünən, 11:46
Dünən, 11:43
Dünən, 11:39
Dünən, 11:37
24-08-2026, 23:18
24-08-2026, 22:30
24-08-2026, 19:36
24-08-2026, 18:39
24-08-2026, 17:32
24-08-2026, 16:11
24-08-2026, 16:10
24-08-2026, 16:05
24-08-2026, 15:20
24-08-2026, 14:57
24-08-2026, 13:15
24-08-2026, 11:46
24-08-2026, 11:40
24-08-2026, 11:27
24-08-2026, 11:19
24-08-2026, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
1 2 3 4 5 6 7 8 9 10 ... 1102