Sumqayıt polisi 4 narkobaronu zərərsizləşdirib

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində şəhər ərazisində silsilə əməliyyatlar həyata keçirilib.
Sumqayit.tv-in məlumatına görə, nəticədə Sumqayıtda yaşayış evindən yarım kiloqrama yaxın heroin aşkarlanıb. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən "Ceyranbatan bağları” yaşayış massivinin sakini Maqbet Bəşirov saxlanılıb.
Aparılan araşdırma zamanı 41 yaşlı M. Bəşirovun narkotik vasitəni Bakı şəhərində İran vətəndaşından aldığı məlum olub. Saxlanılan şəxsin daha bir cinayət əməlinin üstü açılıb. Belə ki, onun yaşadığı evə keçirilən baxış zamanı kustar üsulla düzəlmiş tüfəng də aşkarlanıb. Bununla yanaşı, 41 yaşlı Maqbet Bəşirovun tanışı ilə əlbir olub Sumqayıtın "Xəzər bağları” yaşayış massivində evlərdən birindən motosiklet oğurladığı da məlum olub.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində əvvəllər dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkum edilmiş Sumqayıtda "Betonzavod” yaşayış massivində yaşayan 48 yaşlı Akif Məhərrəmov da keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən 1 ədəd elektron tərəzi və 33 müxtəlif bükümdə olan narkotik vasitə olan aşkarlanıb.
Akif Məhərrəmovun məhkumluğundan ikisi narkotik vasitələrlə bağlı olub. Belə ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1. – ci maddəsi (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ilə 2 dəfə məhkum olunub.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq
iki dost - şəhərin 41-ci məhəllə sakinləri Kənan İsmayılov və Valeh Məmmədov da saxlanılıb. Hər ikisinin üzərinə keçirilən baxış zamanı narkotik maddə aşkarlanıb. Kənan İsmayılov narkotik maddəni Valeh Məmmədovdan aldığını bildirib. Polis əməkdaşlarının Valeh Məmmədovun yaşadığı evdə həyata keçirdiyi axtarış tədbirləri nəticəsində müxtəlif bükümlərdə olan 11 qrama yaxın heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər istintaqa cəlb edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Sumqayıt şəhər Polis İdarəsinin son 6 ay ərzində keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 95 fakt müəyyən edilib.
Sumqayıt Şəhər Polis İdarəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat tədbirlərini davam etdirir.
Sumqayıt polisindən narkotik alverçilərinə qarşı əməliyyat - FOTOLAR
 
Sumqayıt polisindən narkotik alverçilərinə qarşı əməliyyat - FOTOLAR
  
Sumqayıt polisindən narkotik alverçilərinə qarşı əməliyyat - FOTOLAR
 
Sumqayıt polisindən narkotik alverçilərinə qarşı əməliyyat - FOTOLAR
 
Sumqayıt polisindən narkotik alverçilərinə qarşı əməliyyat - FOTOLAR
 
Sumqayıt polisindən narkotik alverçilərinə qarşı əməliyyat - FOTOLAR
 
Sumqayıt polisindən narkotik alverçilərinə qarşı əməliyyat - FOTOLAR
 
Sumqayıt polisindən narkotik alverçilərinə qarşı əməliyyat - FOTOLAR
 
Sumqayıt polisindən narkotik alverçilərinə qarşı əməliyyat - FOTOLAR
 


19-07-2021, 12:35 475

Digər xəbərlər

Şəhid mayorun oğlu tələbə adını qazandı – atasının adını qürurla yaşadır-FOTO

Zakir Fərəcov sakinlərlə görüş keçirdi – müraciətlər yerində dinlənildi

Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirən böyük ürək sahibi — Mehriban Əliyeva

Sumqayıtda fəaliyyət göstərən institutda TƏYİNAT

Saray sakinlərindən 17 və 17A marşrutları ilə bağlı ŞİKAYƏT – avtobuslar 40-45 dəqiqə gecikir

Xırdalanda qanunsuz tikinti ilə bağlı təqsirləndirilən şəxsə bəraət verildi

Qarşıdan maşının gəldiyini görsə də dayanmağa səbri çatmadı - VİDEO

Sumqayıtda küçədə yaşlı qadının meyiti tapıldı

Mehriban Əliyevanın doğum günüdür

Əkiz bacılar eyni ixtisasa qəbul oldular – SUMQAYITDA TƏHSİL ALACAQLAR

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 20:10
Dünən, 15:09
Dünən, 14:51
Dünən, 14:11
Dünən, 13:26
Dünən, 12:55
Dünən, 12:05
Dünən, 10:52
Dünən, 09:58
25-08-2026, 22:50
25-08-2026, 13:46
25-08-2026, 13:35
25-08-2026, 12:37
25-08-2026, 12:29
25-08-2026, 12:25
25-08-2026, 11:46
25-08-2026, 11:43
25-08-2026, 11:39
25-08-2026, 11:37
24-08-2026, 23:18
24-08-2026, 22:30
24-08-2026, 19:36
24-08-2026, 18:39
24-08-2026, 17:32
24-08-2026, 16:11
24-08-2026, 16:10
24-08-2026, 16:05
24-08-2026, 15:20
24-08-2026, 14:57
24-08-2026, 13:15
24-08-2026, 11:46
24-08-2026, 11:40
24-08-2026, 11:27
24-08-2026, 11:19
24-08-2026, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
1 2 3 4 5 6 7 8 9 10 ... 1102