“Leyli və Məcnun” dastan-tamaşası təqdim olundu


Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi şərəfinə adlandırılan, yola salmağa hazırladığımız 2021-ci il böyük söz sərrafının şəninə uyğun maraqlı tədbir və təqdimatlarla yaddaşlarda qalacaq.

Sumqayit.tv
xəbər verir ki, dekabrın 17-də Heydər Əliyev Sarayında söz ustadının “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanan eyniadlı dastan-tamaşasının təqdimatı da “Nizami ili”nin unudulmaz tədbirlərindən oldu.
Səhnə işi Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar hazırlanmışdı. Rəsmilər, elm və mədəniyyət xadimləri, yüzlərlə saz-söz həvəskarı Leyli və Məcnunun nisgilli taleyinə işıq salan tamaşanı izləməyə gəlmişdi.
Dastan-tamaşanın nümayişindən öncə səhnəyə çıxan Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək səhnə işinin ərsəyə gəlməsi barədə danışdı. Diqqətə çatdırdı ki, tamaşa Nizami Gəncəvinin eyniadlı poeması üzərində aşıqların ərsəyə gətirdiyi dastanın səhnələşdirməsidir: “Dastan uzun zamandan bəri mövcud olsa da, onun aşıqların repertuarında yer alması XX əsrin 40-cı illərinə təsadüf edir. O vaxt Nizamini Gəncəvinin 800 illiyi ilə bağlı işlər gedirdi və “Leyli və Məcnun” dastanı da aşıqların repertuarında yer almağa başladı. Həmin dövrdə bu dastanı mənimsəyən Aşıq Şəmşir 60-cı illərdə oğlu Qəmbər Şəmşiroğluna nümunə ilə bağlı bilgilər verir. Ondan sonra dastan yazıya alınır”.
Məhərrəm Qasımlı diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin bu ili “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı imzaladığı sərəncamından sonra dastanın səhnələşdirilməsi qərarına gəldik: “Dastan-tamaşada ilk dəfə aktyorlar deyil, bütün rolları aşıqlar ifa edirlər. Musiqilər də aşıq havalarından ibarətdir. Burada aşıq sənətinin poetik çeşidlərindən ilk dəfə istifadə olunur. Bu mənada dastanda ilklər olduqca çoxdur. Biz istəyirik ki, daha çox Azərbaycan milli-mənəvi ruhunu ifadə edən bir Məcnun və bir Leyli ortaya çıxmış olsun. Bu layihənin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkür edirəm”.
Aşıqlar Birliyi sədrinin çıxışından sonra “Leyli və Məcnun” dastan-tamaşası nümayiş olundu. Tamaşada Qələndər Zeynalov (Ustad aşıq), Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (Leyli), Əli Zeynalabdinov (Qeys), Kəmalə Qubadlı (Leylinin anası), Elməddin Məmmədli (Qeysin dostu Zeyd), Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva (Qeysin anası), Şahniyar Əliyev (Qeysin atası), Nəbi Nağıyev (Leylinin atası), Eldar Bağırov (Səyyad), Elman Talıstanlı (Salam şahzadə), Əli Tapdıqoğlu (Nofəl pəhləvan) və saz ifaçıları Afil Bəxtiyarov, Ayxan Məlikov, Coşqun Əsgərov çıxış etdilər.
Aşıqlar həvalə olunmuş obrazları yüksək səviyyədə canladırdılar. Onların şaqraq səslə ifaları tez-tez tamaşaçıların alqışları ilə mükafatlandırılırdı. 
Qeyd edək ki, dastan-tamaşanın ssenari müəllifləri AAB-nin sədri, professor Məhərrəm Qasımlı və filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayevadır.

20-12-2021, 15:28 264

Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

Sumqayıt şəhər rəhbəri sakinlərlə səyyar görüş keçirib-FOTO/VİDEO

Sumqayıtda avtobus dayanacağında marşrut lövhəsi aşıb-FOTO\VİDEO

Polisdə işləmək istəyənlər üçün yeni vakansiya – ŞƏRTLƏR AÇIQLANDI

Sumqayıt məhkəməsindən bıçaqlama işi ilə bağlı QƏRAR

Sumqayıtda məşhur istirahət mərkəzində ölüm

Yaxın 10-20 ildə Xəzərlə bağlı real addımlar atılmasa, region ekoloji böhranla üzləşə bilər - MÜSAHİBƏ

Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq

Sumqayıtda qamışlıq ərazidə yanğın baş verib

“Sumqayıt” – “Neftçi” oyunundakı qalmaqalla bağlı QƏRAR

Sakinlər 12A nömrəli marşrutdan narazıdır: “Avtobusu dayanacaqlarda uzun müddət gözləyirik”

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 20:53
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
19-08-2026, 12:55
19-08-2026, 12:19
19-08-2026, 11:32
19-08-2026, 11:17
18-08-2026, 23:16
18-08-2026, 18:42
18-08-2026, 15:30
18-08-2026, 13:57
18-08-2026, 13:26
18-08-2026, 12:49
1 2 3 4 5 6 7 8 9 10 ... 1101