"Nizami Gəncəvi. Xəmsə" kitabının təqdimatı keçirildi


Dekabrın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Nizami Gəncəvi. Xəmsə" kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri açıq elan edən Milli Kitabxananın direktoru Kərim Tahirov "Nizami ili" çərçivəsində kitabxananın reallaşdırdığı tədbirlər haqqında məlumat verdi. Diqqətə çatdırdı ki, ölkəmizdə “Nizami ili”nin ilk geniş tədbiri Milli Kitabxanada keçirilmişdi, əlamətdar ilin yekun tədbiri də bu məkanda gerçəkləşir. Bildirildi ki, bu il kitabxana dahi Nizaminin 1312-ci ilə aid ən qədim əlyazmasını çap edərək fonduna daxil edib. Həmçinin il ərzində görkəmli şairin 880 illiyi ilə əlaqədar bir neçə kitab da işıq üzü görüb. Bu kitablar nəinki bu gün, gələcəkdə də hər zaman tədqiqat mənbəyi olacaq, təkrar-təkrar çap ediləcək və heç zaman öz əhəmiyyətini itirməyəcək. Gələcək nəsillər Nizami Gəncəvi yaradıcılığına olan diqqətin şahidi olacaqlar.
Kərim Tahirov qeyd etdi ki, əlamətdar ildə Nizami əsərlərinin bir sıra əlyazmaları xaricdən kitabxanaya gətirilib: “50-dən artıq ölkədən əldə etdiyimiz əlyazmaların elektron surətləri artıq Milli Kitabxanadadır. Onlar da kitab şəkilində çap edilərək kitabxananın fondunda qorunacaq. Bunlar nizamişünaslar və digər tədqiqatçılar üçün qiymətli mənbə olacaq. Biz bu istiqamətdə işləri davam etdirəcəyik”.
Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə elan edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində bu il ölkəmizdə və xaricdə silsilə tədbirlər keçirilib, nəşr layihələri reallaşıb. Bu gün Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə nəfis şəkildə Türkiyədə çap edilən dahi şair və mütəfəkkirin beş poemasının yer aldığı nəşrin – “Nizami Gəncəvi. Xəmsə” kitabının təqdimatına toplaşmışıq.
Anar Kərimov qeyd etdi ki, Prezident İlham Əliyevin Azərbaycanın görkəmli şəxsiyyətlərinin yaradıcılığına və onların irsinin yaşadılmasına göstərdiyi diqqət və qayğı mədəniyyətimizin beynəlxalq arenada tanıdılması üçün çox mühüm amildir: “Biz bu şəxsiyyətlər vasitəsilə ölkəmizi tanıdırıq. Nizami Gəncəvi təkcə Azərbaycan şairi deyil, o həm də ümumbəşəri dəyərə malik bir şəxsiyyətdir. Biz il ərzində dahi şairin 880 illiyi ilə əlaqədar çoxlu tədbirlər, konsertlər, tamaşalar, layihələr təşkil etmişik. Əlamətdar ilin yaddaqalan tədbirlərindən biri də Nizami Gəncəvi Beynəlxalq Festivalı oldu. Festival çərçivəsində təşkil olunan Nizami Gəncəvi Beynəlxalq Forumunda bir sıra ölkələrdən elm adamları və sənətşünaslar iştirak etdi. Tədbirlərdə dahi şairin zəngin yaradıcılığının müxtəlif istiqamətlərindən danışıldı, yeni elmi faktlar səsləndirildi. Bundan əlavə, il ərzində bir sıra ölkələrdə şairin büstləri qoyuldu. Nizami Gəncəvi təkcə ədəbi-mədəni hadisə deyil, o həm də xalqları, ölkələri yaxın edən mədəni-siyasi önəmə malik fenomendir”.
“Nizami Gəncəvi. Xəmsə” kitabının əhəmiyyətindən danışan nazir qeyd etdi ki, nəşrdə ilk dəfə olaraq şairin əsərləri əsasında çəkilən miniatürlər də yer alıb. Anar Kərimov onu da diqqətə çatdırdı ki, Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında yeni film çəkilir. Hazırda istehsalat mərhələsində olan filmin təqdimatı gələn ilə nəzərdə tutulur.
Xalq yazıçısı Elçin “Nizami ili” çərçivəsində ölkəmizdə reallaşan tədbirlərin önəmini qeyd etdi: “Hər bir xalqın ədəbiyyat və incəsənət xadiminin təbliği, eyni zamanda o xalqın özünün və tarixinin təbliğidir. Nizami Gəncəvinin təqdimatı, bir Azərbaycan şairi kimi, böyük əhəmiyyət daşıyır. Aradan 880 il ötməsinə baxmayaraq, Nizami Gəncəvi haqqında çoxsaylı kitablar yazılıb, araşdırmalar aparılıb və bu ənənə davam edir. Nizami o qədər müasir şairdir ki, öz doğma Azərbaycanında heykəltəraşlığın, musiqinin, rəngkarlığın, opera və baletin inkişafında müstəsna rol oynayıb. Bu gün əgər dünyanın ən qədim təhsil ocaqlarından olan Oksford Universitetində Nizami Gəncəvinin adına mərkəz yaradılırsa, bu özü Azərbaycanın təbliğidir”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxışında diqqətə çatdırdı ki, bundan sonra neçə-neçə əsrlər ötsə də, yeni nəsil azərbaycanlılar böyük şair Nizami Gəncəvi ilə fəxr edəcəklər: “Nizaminin yaradıcılığında Azərbaycan xalqının əxlaqı, mədəniyyəti və dünyaya, insanlığa baxışı var. Ona görə də belə böyük şəxsiyyətin adı ilə keçirilən hər bir tədbir çox qiymətlidir. Mən ümummilli lider Heydər Əliyevi hörmətlə anmaq istəyirəm. Çünki Nizami Gəncəvinin abidəsinin hazırlanması, onun irsinin araşdırılması, təbliği istiqamətində onun müstəsna xidmətləri olub. Cənab Prezidentimiz İlham Əliyevə təşəkkür edirəm. Ona görə ki,  bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi, sadəcə, mədəni hadisə deyildi, həm də çox önəmli siyasi hadisə idi. Dövlətimizin başçısı Nizami irsinin araşdırılması və təbliği yönündə çox böyük dəstək göstərdi. Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da təşəkkür edirəm. Xaricdə Nizami Gəncəviyə qoyulan abidələrin sayı artır. Onun irsinin təbliği istiqamətində işlər daha da genişlənir. Burada da hörmətli Mehriban xanımın rolu olduqca böyükdür”.
“Nizami Gəncəvi İli”nin çox önəmli tədbirlərlə yadda qaldığına diqqət çəkən Qənirə Paşayeva görülən işlərə görə Mədəniyyət Nazirliyinə təşəkkür etdi. 
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov görkəmli şairin zəngin yaradıcılığından, əsərlərinin səciyyəvi xüsusiyyətlərindən və tədqiqindən söz açdı. Nizami əsərlərini tərcümə edən Məmməd Rahim, Rəsul Rza, Səməd Vurğun, Abdulla Şaiq, Mikayıl Rzaquluzadə kimi görkəmli ədibləri yad etdi. Alim Xəlil Rzanın tərcüməsinin kitabda yer almasını fərqli baxış olaraq yüksək qiymətləndirdi
Təqdimatdan sonra Anar Kərimov Nizami Gəncəvi irsinin təbliği və şairin 880 illiyi münasibətilə Xalq şairi Nəriman Həsənzadə, Xalq yazıçıları Elçin, Afaq Məsud, professor Kərim Tahirov, “Söz” ədəbi layihəsinin müəllifi Nigar Həsənzadə və Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlıya Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvi xatirə nişanı”nı təqdim etdi.

29-12-2021, 11:22 482

Digər xəbərlər

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

Sarayda 4 avtomobil toqquşdu — Polisin faciəvi ölümü - FOTO

Zakir Fərəcovun növbəti səyyar görüşü 42-ci məhəllədə keçirilib

Sumqayıtda kəsilmiş ağacların əvəzinə yeniləri əkilib, identifikasiya etiketi vurulub - FOTO

Sumqayıtda 201 mənzil kirayə mexanizmi ilə satışa çıxarıldı

Əliyev və Putin görüşdü

Saray qəsəbəsində baş verən ağır qəza ilə bağlı rəsmi məlumat – 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Sumqayıtda avtobus sürücüsü narkotik qəbul edərək sərnişin daşıyırdı – VİDEO

Azərbaycan nefti bahalaşdı

Sabah Sumqayıt üzrə pensiyalar ödəniləcək

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Dünən, 20:00
Dünən, 19:01
Dünən, 09:07
Dünən, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
7-10-2025, 13:48
7-10-2025, 13:47
7-10-2025, 11:27
7-10-2025, 11:00
7-10-2025, 09:59
6-10-2025, 17:09
6-10-2025, 14:48
6-10-2025, 13:15
6-10-2025, 10:48
1 2 3 4 5 6 7 8 9 10 ... 972