General Rövşən Əkbərov biznesmeni bu səbəbə öldürüb? - DETALLAR AÇIQLANDI

General Rövşən Əkbərov biznesmeni bu səbəbə öldürüb? - DETALLAR AÇIQLANDI

Bakı Hərbi Məhkəməsində 20 il əvvəl qətl törətməkdə təqsirləndirilən Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov barəsində cinayət işinin baxılması davam edir.
Sumqayit.tv xəbər verir ki, general-leytenant Rövşən Əkbərov bu ilin martında həbs edilib. Onun həbsi barədə Baş Prokurorluq məlumat verib. Əkbərova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. General azərbaycanlı biznesmen Elçin Əliyevin qətlində ittiham olunur. Cinayət 1 iyun 2001-ci ildə Kiyevdə baş verib.
Daha əvvəl bildirildiyi kimi, general günahını etiraf etmir, ittihamları rədd edir və məhkəməyə gəlməkdən imtina edir. Rövşən Əkbərov da istintaq zamanı qürurla susmağa qərarına gəlib və təqsirləndirilən şəxs qismində ifadə verməyib.
Eyni zamanda cinayət işində general Əkbərov günahını təsdiq edən sübutlar var. Belə sübutlardan biri də hadisənin əsas şahidi Məzahir Şıxəliyevlə Elçin Əliyevin atası Faday Əliyev arasında baş verən söhbətin qeydə alınmasıdır. Məzahir Şıxəliyevin özü 2013-cü ildə onkolojı xəstəlikdən dünyasını dəyişib.
Əvvəlki ifadələrdən məlum olduğu kimi, 1 iyun 2001 -ci ildə Elçin Əliyev, Məzahir Şıxəliyev və Rövşən Əkbərov Azərbaycanın Kiyevdəki səfirliyində görüşüblər. Səfirlikdəki ziyafətə çoxlu qonaq toplaşıb.
Gecə yarısına yaxın Elçin Əliyev və Məzahir Şıxəliyev pivə içmək üçün "Sikora" kafesinə gediblər. Tezliklə oraya daha bir azərbaycanlı ilə birlikdə (bəzi şahidlər onun səfirliyin komendantı Qüdrət Əhmədov olduğunu deyib - red.) general Rövşən Əkbərov da gəlib.
Rövşən Əkbərovu görən Elçin Əliyev kafedə olan skripkaçıdan zabitlər haqqında bir neçə mahnı, o cümlədən Qazmanovun məşhur hiti - "Cənab zabitlər" ifa etməsini istəyib. Tezliklə Rövşən Əkbərov, Elçin Əliyev və Məzahir Şıxəliyev bir masa arxasında oturublar.
Məzahir Şıxəliyevlə Elçin Əliyevin atası arasındakı söhbətdən stenoqramı diqqətinizə təqdim edirik: "Rövşən soruşub ki, niyə ona səfirlikdə salam vermədik? "Biz səfirliyə çatanda sən samovar dəmləyirdin", - gülərək Elçin cavab verib. Bu sözlərdən sonra Rövşən Əkbərov əsəbi şəkildə soruşub: "Səncə mən çayxanaçıyam?" Onu sakitləşdirməyə çalışdım. O isə məni təhqir etdi. Soruşdum, sən kimsən ki, məni susdurursan? Ayağa qalxıb və "indi ağzını bağlayacam" deyib.

İfadələr göstərir ki, mühafizəçilər sərxoş azərbaycanlılardan kafeni tərk etmələrini istəyiblər. Mübahisə küçədə davam edib və faciə ilə başa çatıb. Rövşən Əkbərov Məzahir Şıxəliyevin sifətinə yumruqla zərbə endirib və sonra Elçin Əliyevi bıçaqla vurub.
 
Virtualaz.org

11-08-2021, 10:46 236

Digər xəbərlər

Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi – Dünya çempionu 21 ildən sonra antirekord yaşadı

Sumqayıt liseylərinə və gimnaziyaya qəbul olmaq istəyənlər üçün vacib xəbər

Dünya Seriyasının Sumqayıt mərhələsinə start verilir

Abşeronda azyaşlının ölümü ilə nəticələnən qəza

Çimərliyə gedənlərin diqqətinə: Sabah külək güclənəcək

Sumqayıtda sabah təkrar imtahan keçiriləcək

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Bu gün, 14:58
Bu gün, 14:56
Bu gün, 14:50
Bu gün, 14:41
Bu gün, 14:38
Bu gün, 14:31
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
1 2 3 4 5 6 7 8 9 10 ... 1065