Sumqayıt Dram Teatrında “Xilaskar qurbağa” tamaşasının məşqlərinə başlanılıb

 
Sumqayıt Dövlət Dram Teatrında rus dramaturqu Lev Ustinovun “Xilaskar qurbağa” əsəri əsasında hazırlanan eyniadlı uşaq tamaşasının məşqlərinə start verilib.

Sumqayit.tv xəbər verir ki, teatrın təqdim etdiyi yeni səhnə əsəri dostluq, cəsarət və mərhəmət kimi dəyərləri ön plana çıxaran alleqorik nağıl motivləri üzərində qurulub.

Tamaşada hadisələr ağıllı Qurbağa ilə qorxaq Dovşanın dostluğu ətrafında inkişaf edir. Meşədə baş verən hadisələr zamanı Qurbağa müxtəlif təhlükələrlə üzləşən dostunu qorumağa çalışır. Süjet xəttində meşə hökmdarı Şirin heyvanlardan qurban tələb etməsi və Tülkünün hiyləgər planları hadisələrin gərginliyini artırır. Sonda isə Qurbağa öz ağlı və cəsarəti sayəsində dostunu xilas edərək ədalətin bərpasına nail olur.

Teatrdan bildirilib ki, tamaşanın əsas ideyası birlik, dostluq və ağlın fiziki gücdən üstün olması mesajını tamaşaçılara çatdırmaqdır.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Fuad Kazımov, rejissoru Ləman Məmmədli, quruluşçu rəssamı Osman Kazımov, musiqi tərtibatçısı Telman Qəniyev, rəqslərin quruluşu Kamil Ağazadə, rejissor köməkçisi isə Fazilə Rzayevadır.

Tamaşada Əməkdar artist Elmira Kərimova ilə yanaşı aktyorlar Emil Həmidov, Məryəm Hüseynli, Sevda Cəlilova, Aynur Hümmətova, İlham Səfərli, Əjdər Zeynalov, Mətanət Əmirullayeva, Habil Xanlarov, Şəms Abdullayeva və Günəş Bağırova rol alırlar.


13-05-2026, 11:15 219

Digər xəbərlər

Sumqayıt"ın ilk yoxlama oyununun tarixi bəlli oldu

Cinayətlə bağlı məlumatların araşdırılma müddəti uzadıldı – Prezident dəyişiklikləri təsdiqlədi

Slovakiya Prezidenti İlham Əliyevlə bağlı paylaşım etdi: “Bu dostluq jestini yüksək qiymətləndirirəm”

Azərbaycanda məktəblərin internetlə təminatında böyük sıçrayış

17 yaşlı oğlana işgəncə işi: Sumqayıt Apellyasiya Məhkəməsindən qərar

Sumqayıt sahilində növbəti təmizlik aksiyası keçirildi-FOTO

Sumqayıtda sakinlərlə növbəti görüş keçirilib-VİDEO

Şuşadan yüksələn strateji mesaj: Azərbaycan–Slovakiya tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur

"Sumqayıt"ın yeni məşqçisi böyük hədəf açıqladı

Müəllimlərə süni intellektdən istifadə öyrədiləcək

Sumqayıtlı magistr MİQ-də 85 bal topladı: "Nəticəmi 68,5-dən 85-ə yüksəltdim"

Sumqayıtda mərasim evi GƏRGİNLİYİ: Sakinlər ayağa qalxdı, sahibindən mübahisəli açıqlama

İlham Əliyev Ərdoğana başsağlığı məktubu göndərdi: "15 İyul qəhrəmanlıq dastanıdır"

Sumqayıtlı gənc Rusiya-Ukrayna müharibəsində həlak olub

Şəhid Kənan Allahverdiyev adına küçəni zibil basıb – Sakinlər kömək istəyir-VİDEO

Toyuq tükü qalmaqalı: AQTA kolbasa istehsalını dayandırdı-FOTO

İyulun 15-də Abşeron və Sumqayıt çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

65 illik ömrünə Vətən sevgisi ilə yazılan həyat yolu-FOTOLAR

Qayınatasını bıçaqlayaraq öldürən şəxsə Sumqayıtda hökm oxundu

Deputat Elnarə Akimova, şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət edib-FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1081
Dünən, 19:33
Dünən, 18:29
Dünən, 18:26
Dünən, 18:20
Dünən, 18:02
Dünən, 14:57
Dünən, 14:11
Dünən, 13:51
Dünən, 13:24
Dünən, 13:07
Dünən, 12:32
Dünən, 12:00
Dünən, 11:50
14-07-2026, 21:04
14-07-2026, 20:00
14-07-2026, 18:27
14-07-2026, 17:41
14-07-2026, 16:39
14-07-2026, 15:54
14-07-2026, 15:35
14-07-2026, 14:22
14-07-2026, 14:16
14-07-2026, 13:16
14-07-2026, 12:57
14-07-2026, 11:55
14-07-2026, 11:35
14-07-2026, 11:28
13-07-2026, 21:37
13-07-2026, 19:14
13-07-2026, 17:53
13-07-2026, 17:51
13-07-2026, 16:50
13-07-2026, 16:17
13-07-2026, 16:17
13-07-2026, 16:15
13-07-2026, 16:07
13-07-2026, 16:05
13-07-2026, 15:59
13-07-2026, 15:49
13-07-2026, 15:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1081