Sumqayıt Dəmiryol Vağzalında üztanıma ilə ödəniş sistemi işə düşdü - VİDEO

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" (ADY) QSC və "AzInTelecom" MMC-nin birgə həyata keçirdiyi yeni layihə ilə sərnişindaşımada daha rahat, sürətli və innovativ xidmətlərin tətbiqi istiqamətində növbəti rəqəmsal mərhələyə başlanılıb.

Sumqayit.tv xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, 15 may 2026-cı il tarixindən etibarən Azərbaycanın ictimai nəqliyyat sahəsində ilk dəfə dəmir yollarında "SİMA Pay" - üztanıma ilə ödəniş sistemi tətbiq olunub.

Üztanıma ilə ödəniş sistemindən ilkin mərhələdə Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və "Koroğlu" dayanacağındakı turniketlərdən keçərkən istifadə etmək mümkündür. Növbəti mərhələdə həm Abşeron dairəvi marşrutu boyunca bütün stansiya və dayanacaqlarda, həm də ölkə üzrə dəmir yolu şəbəkəsində bu müasir xidmətin göstərilməsi planlaşdırılır.

Bu innovativ addım sərnişinlərə heç bir fiziki karta və ya cihaza ehtiyac duymadan turniketlərdən sürətli və daha rahat keçid imkanı verir, səyahətin başladığı ilk saniyədən texnoloji rahatlığı hiss etdirir. Sərnişinlər "ADY Mobile" mobil tətbiqində "Üztanıma ilə keçin" bölməsinə daxil olaraq bu xidmətdən yararlana bilərlər.

Dünyanın qabaqcıl ölkələrinin "Face Pay" təcrübəsinin Azərbaycanda "SİMA Pay" rəqəmsal ekosistemi və "ADY Mobile"ın virtual kartının inteqrasiyası yolu ilə tətbiqi dəmir yollarında sərnişindaşımanın təhlükəsizliyini daha da yüksəldəcək, biometrik ödənişlər riskləri minimuma endirəcək, həmçinin kartın itirilməsi və ya balansın bitməsi kimi qayğıları aradan qaldıracaq.


 


Bu gün, 12:12 10

Digər xəbərlər

Sumqayıt mənzil layihələrinin əsas şəhərlərindən birinə çevrilir – ARAŞDIRMA

Ermənistanda həlledici seçkilər: "Əgər Rusiyanın dəstəklədiyi qüvvələr hakimiyyətə gələrsə..."

Sumqayıt Dəmiryol Vağzalında üztanıma ilə ödəniş sistemi işə düşdü - VİDEO

DİM qəbul imtahanı iştirakçılarına müraciət etdi

Sumqayıtda 33 nömrəli marşrutdan şikayət: “Axşam saatlarında avtobusa minmək mümkün olmur”

Məleykə Abbaszadə SDU ilə bağlı rəqəmi açıqlayıb

Ədalət Şükürov Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış edib

Sumqayıtda “Təmiz hava aylığı” çərçivəsində reyd keçirilib

Sumqayıt müəllimləri intellektual yarışda mübarizə aparıblar - FOTO

Sumqayıtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq

Bakı Musiqi Akademiyasında İlkin Dövlətov gecəsi

“Yeni Üfüq” gənclərə peşə və ümid qazandırdı - FOTO

Sumqayıtda WUF13-ə həsr olunan məlumatlandırma sessiyası keçirilib - FOTO

Sumqayıtda əlillər üçün ayrılmış parklanma yerinə zibil konteynerləri qoyulduğu iddia edilir-FOTO

Sumqayıtda Qurban bayramı üçün satış və kəsim məntəqələri müəyyənləşdirildi

Bakı və Sumqayıtda narkokuryerlik edən şəxslər saxlanılıb - VİDEO

Sumqayıtda may ayının pensiyaları bu tarixdə ödəniləcək

Bakı və Sumqayıtın bəzi ərazilərində iki günlük su kəsintisi olacaq

Sumqayıtdan Bakıya metro ilə rahat çıxış üçün yeni mərhələ: gələcək planlar açıqlandı

Sumqayıt Dram Teatrında “Xilaskar qurbağa” tamaşasının məşqlərinə başlanılıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1052
Bu gün, 13:55
Bu gün, 12:56
Bu gün, 12:12
Bu gün, 12:06
Bu gün, 08:34
Dünən, 21:54
Dünən, 21:10
Dünən, 14:17
Dünən, 10:08
Dünən, 09:59
13-05-2026, 19:59
13-05-2026, 16:53
13-05-2026, 16:20
13-05-2026, 16:03
13-05-2026, 15:19
13-05-2026, 15:10
13-05-2026, 15:05
13-05-2026, 14:56
13-05-2026, 11:19
13-05-2026, 11:15
13-05-2026, 10:58
13-05-2026, 10:45
12-05-2026, 20:53
12-05-2026, 19:56
12-05-2026, 18:01
12-05-2026, 11:57
11-05-2026, 22:32
11-05-2026, 22:04
11-05-2026, 20:26
11-05-2026, 14:23
11-05-2026, 13:24
11-05-2026, 13:21
11-05-2026, 11:51
11-05-2026, 11:33
11-05-2026, 09:02
11-05-2026, 08:54
11-05-2026, 08:49
11-05-2026, 08:46
11-05-2026, 06:38
10-05-2026, 17:18
1 2 3 4 5 6 7 8 9 10 ... 1052