
Sumqayıtın bu ərazisində qaz kəsiləcək – 1200 abonentə xəbərdarlıq
Sumqayıtda bir qrup abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sumqayit.tv xəbər verir ki, "Azəriqaz" İB Sumqayıt QİS-in məlumatına görə, şəhər ərazisində 159 mm-lik yeraltı qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar iyunun 29-da saat 13:00-dan etibarən 1200 abonentin qaz təchizatı dayandırılacaq.
Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.
Sakinlərdən yaranacaq müvəqqəti narahatlığı nəzərə almaları xahiş olunur.
29-06-2026, 12:29
62