
İyunun 30-da Abşeron rayonunun bəzi yaşayış məntəqələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sumqayit.tv xəbər verir ki, bu barədə aidiyyəti qurum məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 09:00-dan etibarən işlər başa çatanadək Masazır kəndi və Saray qəsəbəsində yerləşən "Saray" MTK-nın qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qurum sakinlərdən yaranacaq müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edib.
Bu gün, 18:27
10