Sumqayıtda ağır durumda olan qazi ilə bağlı durum nə yerdədi ?



Vətən müharibəsi qazisi Əliyev Cahangirlə bağlı sosial şəbəkələrdə bir sıra iddialar səsləndirilib. Qeyd edilib ki, ağır durumda olan qaziyə 200 manat pensiya ödənilir.
Məsələ ilə bağlı açıqlama verən Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, qazi Əliyev Cahangirə müddətsiz I dərəcə əlillik təyin edilib:
"Qazimizə tək 200 manat deyil, 400 manat, ona qulluq edən anasına isə 50 manat məbləğində təqaüd təyin olunub. Yəni ona ümumilikdə 650 manat məbləğində sosial ödəniş həyata keçirilir.
Səhhətinin yaxşılaşdırılması ilə bağlı görülən işlərə gəlincə, qazimiz müxtəlif vaxtlarda Sumqayıt Reabilitasiya Mərkəzində stasionar olaraq reabilitasiya müalicəsi alıb, təkərli oturacaqla təmin olunub. Türkiyənin "VM Medical Park Pendik” Xəstəxanasındakı müalicə alan qazimizin xərcləri qarşılanıb, məişət şəraitinin yaxşılaşdırılması üçün yardım edilib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində israilli həkim heyəti tərəfindən ona tibb xidmət göstərilib.
Əgər qazimizin ailə üzvlərinin sosial vəziyyəti ilə bağlı görülən işlər də sizi maraqlandırırsa, onu da bildirək ki, həm Dövlət Sosial Müdafiə Fondunun, həm də Dövlət Məşğulluq Agentliyinin əməkdaşları qazinin ailəsində olub, onların sosial vəziyyəti ilə maraqlanıblar. Cahangirin atası Əliyev Gülbala işləyir, eyni zamanda pensiya alır. Qazinin anası oğluna qulluq etdiyinə görə işləmir, lakin dərzi olduğu nəzərə alınaraq "kiçik dərzi sexi” zərfi üzrə aktivlərlə təmin olunub.
Bacısı isə hazırda orta məktəblərin birində müəllim işləyir. Beləliklə, ailənin aylıq ümumi gəliri 1800 manata yaxındır. Bundan başqa, Cahangirin anasına mənzil növbəsinə durması üçün yerli icra hakimiyyətinə müraciət etməsi də tövsiyə olunub”.

18-11-2021, 12:32 155

Digər xəbərlər

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
1 2 3 4 5 6 7 8 9 10 ... 964