ABŞ prezidenti Co Bayden Vaşinqton rəhbərliyinin Belarusa qarşı tətbiq etdiyi sanksiyaların genişləndirilməsi haqqında fərman imzalayıb.
Sumqayit.tv-in məlumatına görə, dövlət başçısının Konqres liderlərinə verdiyi məktub Ağ Ev tərəfindən dərc edilib.
“Mən, Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Bayden, bununla, 16 iyun 2006 -cı il tarixli 13405 saylı İcra Sərəncamı ilə elan edilmiş fövqəladə vəziyyətin əhatə dairəsini genişləndirirəm””, - deyə məlumatda qeyd olunub.