Türkiyədə sel nəticəsində ölənlərin sayı 27-yə çatıb.
Sumqayit.tv haberler.com-a istinadən xəbər verir ki, təbii fəlakət əsasən Qara dəniz sahillərində yerləşən Sinop, Bartın və Kastamonu şəhərlərinə ziyan vurub. Ölüm hallarından 25-i Kastamonuda, 2-si isə Sinopda qeydə alınıb.
Bölgədə genişmiqyaslı dağıntı meydana gəlib.