İranın yeni daxili işlər naziri interpolda axtarışdadı


İranın yeni prezidenti İbrahim Rəisi hökumətin yeni tərkibini parlamentə təqdim edib. virtualaz.org xəbər verir ki, onun kabinetində xeyli radikal fiqurlar var. Belələrindən biri də daxili işlər naziri vəzifəsinə namizəd irəli sürülən general Əhməd Vahididir. Vahidi 1994-cü ildə Buones-Ayresdə yəhudi mədəniyyət mərkəzində törədilən və 85 nəfərin ölümünə, 300-dən çox adamın yaralanmasına səbəb olan terror aktına görə Argentina tərəfindən beynəlxalq axtarışa verilib.
İttiham aktına əsasən bu terror aktını İran İnqilab Keşikçiləri Korpusu və “Hizbullah” törədib. Vahidi həmin vaxt İnqilab Keşikçiləri Korpusunun “Qüds” xüsusi təyinatlı briqadasının komandiri idi və Argentina hüquq-mühafizə orqanlarının, İsrail kəşfiyyatının məlumatına görə hücumda əsas rol oynayanlardan biridir.
Həmin terror aktı ilə bağlı qırmızı bülletenlə axtarılan 6 iranlıdan biri, “Hizbullah”ın hərbi qanadının lideri olmuş İmad Muqniyə artıq sağ deyil. O, “Mossad” tərəfindən 2008-ci ildə Beyrutda öldürülüb. Vahidi və qalan dörd nəfər-Əli Fəllahician, Möhsün Rəbbani, Əhməd reza Asgari və Möhsen Rezayi isə İrandadırlar.
Bu terror aktını araşdıran prokuror Alberto Nisman cinayətdə İranın rolunu ört-basdır etmək üçün Tehranla əlbir olmaqda ittiham olunan prezident Kristina Fernandes de Kirşnerə 2015-ci ildə rəsmi ittiham irəli sürməyə hazırlaşarkən öldürülüb.
General Əhməd Vahidi isə ilk dəfə deyil hökumətdə nazir postu tutur. O, Mahmud Əhmədinejadın hökumətində müdafiə naziri idi.

13-08-2021, 17:17 204

Digər xəbərlər

Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi – Dünya çempionu 21 ildən sonra antirekord yaşadı

Sumqayıt liseylərinə və gimnaziyaya qəbul olmaq istəyənlər üçün vacib xəbər

Dünya Seriyasının Sumqayıt mərhələsinə start verilir

Abşeronda azyaşlının ölümü ilə nəticələnən qəza

Çimərliyə gedənlərin diqqətinə: Sabah külək güclənəcək

Sumqayıtda sabah təkrar imtahan keçiriləcək

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Bu gün, 14:58
Bu gün, 14:56
Bu gün, 14:50
Bu gün, 14:41
Bu gün, 14:38
Bu gün, 14:31
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
1 2 3 4 5 6 7 8 9 10 ... 1065