ABŞ amerikalıların təxliyəsinə yardım məqsədilə Kabilə daha min nəfər hərbçi göndərəcək.
Unikal.org xəbər verir ki, bu barədə Reuters informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, bununla da Əfqanıstanda olan ABŞ hərbçilərinin sayı 6 min nəfər olacaq.
Qeyd edək ki, "Taliban" Əfqanıstanın paytaxtı Kabilə döyüşsüz girib. Prezident Əşrəf Qani ölkəni tərk edib. Taliblər bildiriblər ki, bir neçə saat ərzində paytaxtın idarəsini öz üzərlərinə götürəcəklər.