"HƏMAS" Fələstin hərbiləşdirilmiş hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə "Taliban" radikal qruplaşmasının siyasi ofisinin rəhbəri Molla Əbdül Qəni arasında telefon danışığı baş tutub.
Sumqayit.tv xəbər verir ki, Haniyə Əfqanıstanda ABŞ işğalının sona çatması münasibətilə "Taliban" qruplaşmasını təbrik edib.
"HƏMAS" ABŞ-ın məğlub olması münasibətilə Talibanı təbrik edir, ölkəyə birlik, güc və firavanlıq arzulayır", - deyə telefon danışığı zamanı bildirilib