Atası azərbaycanlı olan general Ermənistan MTX-nın direktor müavini ola bilər...-“Johovurd”

Atası azərbaycanlı olan general Ermənistan MTX-nın direktor müavini ola bilər...-“Johovurd”

2013-2020-ci illərdə Azərbaycan Respublikasının  Qarabağ torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin  qanunsuz  “polis rəisi" və “milli təhlükəsizlik xidməti”nin rəhbəri olmuş Kamo Ağacanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini təyin oluna bilər. 
Sumqayit.tv Moderator.az-da istinadən xəbər verir ki, bu haqda  işğalçı ölkənin "Johovurd" qəzeti öz mənbələrinə istinadla yazır.  
2020-ci ilin mayında  Qarabağdakı separatçı rejimin qanunsuz xüsusi xidmət orqanı rəhbərliyinə gətirilən K. Ağacanyan 44 günlük müharibədən sonra həmin vəzifədən uzaqlaşdırılıb. Bundan əvvəl  o, 2013-2018-ci illərdə separatçı rejimin “polis rəisi”  vəzifəsini daşıyıb.  Ondan öncə isə qanunsuz “müdafiə ordusu”nda bir diviziyaya komandanlıq edib. 
Erməni nəşri qeyd edir ki, 2021-ci il avqustun 4 -də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəis müavini Stepan Melkonyan təqaüdə çıxıb və  vəzifə yeri boş qalıb. Hazırda Ağacanyan və sistemin peşəkarı sayılan kəşfiyyat şöbəsinin hazırkı rəhbəri Yesai Mkrtçyan bu vəzifəyə iddialıdır. 
Ancaq “Johovurd”un yazdığına görə, Ağacanyanın maraqlarına Paşinyana yaxın tanınmış erməni iş adamı, hakim "Vətəndaş müqaviləsi" fraksiyasından deputat Xaçatur Sukiasyan tərəfindən fəal şəkildə lobbiçilik edilir. Və bu baxımdan, çox güman ki, vəzifəni Ağacanyan tutacaq.
Xatırladaq ki, hələ 2016-ci ildə Moderator.az əməkdaşının apardığı araşdırma nəticəsində separatçı rejimin keçmiş “polis rəisi”  general Kamo Ağacanyanın atasının azərbaycanlı olduğu bilinib(bax://www.moderator.az/news/228193.html). II Qarabağ savaşından sonra erməni mənbələrində vəzifəsindən azad edilmiş K.Ağacanyanın atasının azərbaycanlı olduğu təsdiqlənib və onun guya Azərbaycan xüsusi xidmət orqanlarına xidmət etməsi haqda iddialar irəli sürülüb.

17-08-2021, 12:13 240

Digər xəbərlər

Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi – Dünya çempionu 21 ildən sonra antirekord yaşadı

Sumqayıt liseylərinə və gimnaziyaya qəbul olmaq istəyənlər üçün vacib xəbər

Dünya Seriyasının Sumqayıt mərhələsinə start verilir

Abşeronda azyaşlının ölümü ilə nəticələnən qəza

Çimərliyə gedənlərin diqqətinə: Sabah külək güclənəcək

Sumqayıtda sabah təkrar imtahan keçiriləcək

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Bu gün, 14:58
Bu gün, 14:56
Bu gün, 14:50
Bu gün, 14:41
Bu gün, 14:38
Bu gün, 14:31
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
1 2 3 4 5 6 7 8 9 10 ... 1065