Böyük Britaniyanın müdafiə naziri Çini Rusiyaya öldürücü silah verməkdə suçlayıb

 


Britaniyanın müdafiə naziri Qrant Şapps mayın 22-də Çini Rusiyaya öldürücü silahlar verməkdə suçlayıb. Rusiya bu silahlardan Ukraynaya qarşı savaşda yararlanacaq.
Kreml inişil tammiqyaslı savaşa başlayandan bəri Qərb dövlətləri Ukraynaya milyardlarla dollarlıq silah verib. Britaniya ilk dəfədir ki, Çini Rusiyaya öldürücü silah verməyə çalışmaqda ittiham edir.
Şapps Londonda keçirilən bir konfransda bildirib ki, ABŞ və Britaniya hərbi kəşfiyyatında öldürücü silahların Çindən Rusiyaya, oradan da Ukraynaya göndəriləcəyi ilə bağlı dəlillər var: "Mənə elə gəlir ki, bu, ciddi hadisədir".
İddiasını əsaslandırmaq üçün heç bir dəlil göstərməyən Şapps deyib ki, Ukraynada işğal başlayandan bəri Çinlə Rusiya arasındakı ticarətdə 64 faiz artım baş verib. "Onlar bir-birinin arxasında dururlar", - Şappsın sözləridir.
"Bundan narahat olmalıyıq, axı bu müharibənin əvvəlində Çin özünü [Rusiya Prezidenti Vladimir Putinə] vasitəçi təsir gücü kimi göstərmək istəyirdi", - o, əlavə edib.
"Əsassız ittihamlar"
Çinin Londondakı səfirliyinin sözçüsü Şappsın şərhini "tam əsassız" adlandıraraq Britaniyanı "əsassız ittihamlar" yaymaqda suçlayıb.
Ağ evin milli güvənlik müşaviri Ceyk Sallivan jurnalistlərə deyib ki, Çinin Rusiyaya öldürücü silahlar verə biləcəyi ilə bağlı narahat olsaq da, "bugünədək bunu görməmişik".
Ancaq ötən ay bir ABŞ rəsmisi bildirib ki, Çin Rusiyaya dron və raket texnologiyaları, peyk görüntüləri və s. satmaqla onun Ukraynadakı savaşını dəstəkləyir.
Putin bu ayın əvvəlində Çinə səfər edib. O və Çin lideri Si Cinpin bir sıra təhlükəsizlik məsələləri ilə bağlı tərəfdaşlığın yeni çağının başlanacağına söz veriblər. Onlar Tayvan və Ukraynadan tutmuş, bir çox məsələlər haqda fikir mübadiləsi aparıblar.
2022-ci ilin fevralında - Moskva Ukraynaya qarşı tammiqyaslı hücuma başlamazdan cəmi bir neçə gün öncə Rusiya və Çin "limitsiz" münasibətlərə başladıqlarını açıqlayıb. Ancaq Pekin Rusiyanın müharibədə yararlanması üçün silah-sursat verməkdən boyun qaçırıb.
Şapps bildirib ki, Rusiya, Çin, İran və Şimali Koreya "Qərbin dörddə bir əsrlik utancaqlığından" cəsarətlənərək daxildə repressiyanı, xaricdə isə aqressiyanı artırıblar. O deyib ki, dünyanın oyanmasının vaxtı çatıb və bu o deməkdir ki, bütün NATO üzvləri öz ÜDM-lərinin 2.5 faizini müdafiə xərclərinə ayırmalıdır./Azadlıq Radiosu

24-05-2024, 18:19 151

Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

Sumqayıt şəhər rəhbəri sakinlərlə səyyar görüş keçirib-FOTO/VİDEO

Sumqayıtda avtobus dayanacağında marşrut lövhəsi aşıb-FOTO\VİDEO

Polisdə işləmək istəyənlər üçün yeni vakansiya – ŞƏRTLƏR AÇIQLANDI

Sumqayıt məhkəməsindən bıçaqlama işi ilə bağlı QƏRAR

Sumqayıtda məşhur istirahət mərkəzində ölüm

Yaxın 10-20 ildə Xəzərlə bağlı real addımlar atılmasa, region ekoloji böhranla üzləşə bilər - MÜSAHİBƏ

Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq

Sumqayıtda qamışlıq ərazidə yanğın baş verib

“Sumqayıt” – “Neftçi” oyunundakı qalmaqalla bağlı QƏRAR

Sakinlər 12A nömrəli marşrutdan narazıdır: “Avtobusu dayanacaqlarda uzun müddət gözləyirik”

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 20:53
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
19-08-2026, 12:55
19-08-2026, 12:19
19-08-2026, 11:32
19-08-2026, 11:17
18-08-2026, 23:16
18-08-2026, 18:42
18-08-2026, 15:30
18-08-2026, 13:57
18-08-2026, 13:26
18-08-2026, 12:49
1 2 3 4 5 6 7 8 9 10 ... 1101