NATO-nun baş katibi: “Müttəfiqləri qorumaq üçün 5-ci maddəni tətbiq edə bilərik”

 


NATO-nun baş katibi Yens Stoltenberq alyansın irimiqyaslı kiberhücumlara cavab verməyə hazır olduğunu açıqlayıb.
Sumqayit.tv
xəbər verir ki, “The Economist”ə müsahibəsində NATO-nun baş katibi bildirib ki, alyans kütləvi kiberhücumlar zamanı Vaşinqton müqaviləsinin 5-ci maddəsini tətbiq edə bilər: “Bundan öncə Aİ və NATO Rusiyanı Almaniya və Çexiyaya qarşı kiberhücumlarda ittiham edirdi. Əgər onlar irimiqyaslıdırsa biz 5-ci maddəni tətbiq edə və NATO müttəfiqlərini təkcə kiberməkanda deyil, digər sahələrdə də qorumaq üçün reaksiya verə bilərik”. “The Economist” qeyd edir ki, Yens Stoltenberqin xəbərdarlığı Rusiyaya aiddir.
Xatırladaq ki, Vaşinqton müqaviləsinin 5-ci maddəsində NATO ölkələrinin kollektiv müdafiəsi prinsipləri var. Buna əsasən, iştirakçı ölkələrdən birinə hücum bütün alyansa hücum hesab olunur.
Mayın əvvəlində Avropa İttifaqı və NATO Rusiyanın APT28 qrupu tərəfindən həyata keçirildiyi iddia edilən kiberhücumları pisləyən bəyanatlar verib. Bəyanatda deyilir ki, hücumlar Çexiyadakı qurumları və Almaniyadakı Sosial Demokrat Partiyasını (SDP) hədəf alıb. Almaniya diplomatik xidmətinin məlumatına görə, həmin gün Xarici İşlər Nazirliyi Rusiya səfirini 2023-cü ildə rus hakerləri tərəfindən törədilmiş haker hücumu ilə əlaqədar çağırıb. Almaniyanın xarici işlər naziri Annalena Berbok izah edib ki, söhbət SDP deputatlarının elektron poçtlarının sındırılmasından gedir.
Aprelin əvvəlində isə Çexiyanın nəqliyyat naziri Martin Kupka bildirib ki, ölkə hakimiyyəti kiberhücumlar vasitəsilə “nəqliyyat sistemini zəiflətmək üçün minlərlə cəhd”lə bağlı Rusiyadan şübhələnir. Onun sözlərinə görə, haker kampaniyasına Ukraynada hərbi əməliyyatlar başlayandan sonra dəmiryol daşıyıcısının “Ceske Drahy”nin siqnalizasiya sistemlərinə və şəbəkəsinə hücumlar daxildir.

25-05-2024, 12:59 263

Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

Sumqayıt şəhər rəhbəri sakinlərlə səyyar görüş keçirib-FOTO/VİDEO

Sumqayıtda avtobus dayanacağında marşrut lövhəsi aşıb-FOTO\VİDEO

Polisdə işləmək istəyənlər üçün yeni vakansiya – ŞƏRTLƏR AÇIQLANDI

Sumqayıt məhkəməsindən bıçaqlama işi ilə bağlı QƏRAR

Sumqayıtda məşhur istirahət mərkəzində ölüm

Yaxın 10-20 ildə Xəzərlə bağlı real addımlar atılmasa, region ekoloji böhranla üzləşə bilər - MÜSAHİBƏ

Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq

Sumqayıtda qamışlıq ərazidə yanğın baş verib

“Sumqayıt” – “Neftçi” oyunundakı qalmaqalla bağlı QƏRAR

Sakinlər 12A nömrəli marşrutdan narazıdır: “Avtobusu dayanacaqlarda uzun müddət gözləyirik”

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 20:53
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
19-08-2026, 12:55
19-08-2026, 12:19
19-08-2026, 11:32
19-08-2026, 11:17
18-08-2026, 23:16
18-08-2026, 18:42
18-08-2026, 15:30
18-08-2026, 13:57
18-08-2026, 13:26
18-08-2026, 12:49
1 2 3 4 5 6 7 8 9 10 ... 1101