Paşinyan diaspora da savaş açdı – “Arabanın 5-ci təkəri...”

 


SSRİ-nin süqutundan sonra Azərbaycan və Türkiyənin Ermənistan üçün nə dərəcədə vazkeçilməz qonşular olduğu artıq bütün çılpaqlığı ilə ortada. Təkcə o fakt ki, 4 qonşudan (Azərbaycan, Türkiyə, İran, Gürcüstan) yalnız ikisi ilə (İran, Gürcüstan) qurulan isti münasibətlər Ermənistanın inkişafını, dövlət kimi təşəkkül tapmasını təmin etməyib, əhalisini ağ günə çıxarmayıb, ölkə hələ də yarım-təcrid, miskin durumda, iqtisadiyyatı “rüşeym” halındadır, ermənilər ölkədən qaçmağa davam edir, özlüyündə çox şey deyir.

Qalır indi acı “həb”in erməni siyasi elitası tərəfindən qəbulu və gərəkən dərslərin, nəticələrin çıxarılması. Bundan ötrü isə cəmiyyətdə yox, məhz beyinlərdə, təfəkkürdə inqilab lazımdır – erməni xalqına bəlalar gətirmiş bir düşüncə tərzindən, təhlükəli stereotiplərdən və paradiqmalardan, postulatlardan imtinaya gətirəcək inqilaba.
Amma bu bizim yox, mənfur toplumun problemidir. On illər boyu ətrafa gör nə qədər “daş” atıblar. Əziyyət çəkib özləri yığsınlar. Suda boğulanın xilası ilk növbədə onun problemidir. Əgər özləri bataqlıqdan xilas olmaq, xalq olaraq qurtulmaq istəmirlərsə, kənardan köməyin nə əhəmiyyəti...
“Nə ediriksə edək, qonşularımız Azərbaycan, Türkiyə, Gürcüstan və İran olaraq qalır”. Bunu dünən baş naziri Nikol Paşinyan bildirib.
Baş nazir ardınca sual edib: “Məgər biz qonşularımızla problemi həll edə bilmərik? Hər dəfə gedək başqa yerdən adam gətirib deyək ki, gəl qonşumuzla məsələni həll elə? Bir dəfə, iki dəfə, üç dəfə... Dördüncü dəfə adama deyərlər ki, işimizi-gücümüzü buraxıb gəlib sizin standartlarınıza uyğun məsələni necə həll edək? Standartlarla bağlı məsələni həll edəcəyik. Bu bir yükdür və mən onu daşımalıyam”, - Nikol vurğulayıb və düzgün yolda olduğuna əminlik ifadə edib...
Bəs 4 qonşudan iki ən mühümü ilə anlaşmaya nə mane olur?
Bir səbəbə N.Paşinyan toxunub – erməni toplumuna əsrdən çoxdur hakim kəsilmiş absurd standartlar, yəni boydan yuxarı tullanmaq cəhdləri, “çəhrayi arzular”, Azərbaycan və Türkiyənin heç vaxt qəbul etməyəcəyi şərtlər, daim ağa axtarışı. Bunun da kökündə əlbəttə ki, saxta tarix və ona kollektiv inam dayanır.
Paşinyan hər şeydən öncə bu tilsimi qırmalı, xəstə erməni təfəkkürünü sağlamlaşdırmalıdır – özü ilə birgə! Onun orta məktəblərdə mifik “erməni tarixi”ini deyil, konkret “Ermənistan tarixi”ni tədris etməyin vaxtı çatması barədə məlum sözləri, 29.7 min kv km-lik “real Ermənistan” qurmaq yönündə səyləri bu xüsusda təqdiredicidir. Lakin yetərli deyil. Ta ki, Azərbaycan və Türkiyəyə ərazi iddialarının yer aldığı konstitusiya beynəlxalq hüquqa uyğunlaşdırılanadək...

Qonşularla barışığa ikinci ciddi əngəl şübhəsiz, Türkə nifrəti körükləyən dinsiz-imansız erməni kilsəsidir. Axır vaxtlar Nikol və komandası bu amilə qarşı mövqeyini sərtləşdirib. Onun xaçkarlar haqda srağagünkü aşağılayacı sözləri bu qəbildəndir. “Üsyançı” keşiş Barqatın tam zərərsizləşdirilməsi bu xüsusda kilsənin nüfuzuna növbəti və ağrılı zərbə olacaq.
Nəhayət, qonşularla “sıfır problem”ə, sülh içində dinc yanaşı yaşamağa üçüncü ciddi əngəl varlı-karlı erməni lobbisidir. Maraqlıdır ki, təzəlikcə Paşinyan diasporun da “bostanına” daş atıb. Sonuncunun qonşu ölkələrlə sülhə mane olduğuna işarə vuraraq, onu ölkə üçün təhlükə, hətta “arabanın 5-ci təkəri” adlandırıb.
“Üçüncü Respublikanın (indiki Ermənistan Respublikasının – red.) mövcud olduğu bütün dövr ərzində erməni diasporu Ermənistan Respublikasının idarəçiliyinin təşkilinə töhfə verən bir növ yardımçı institut kimi qəbul edilirdi. Lakin bu belə deyil. Diaspor belə bir qurum ola bilməz. Fakt budur ki, Ermənistan Respublikası hər bir dövlət kimi, özünün çox aydın mexanizmləri olan bir alətdir, - deyə o qeyd edib və diasporu mexanizmin əlavə hissəsi ilə müqayisə edərək, onun ölkənin idarəçiliyinə zorla daxil edilməsini “lüzumsuz və zərərli” sayıb...
Bəllidir ki, hələ hakimiyyətinin ilk illərindən Paşinyanın diaspora ilə münasibətləri gərgin olub. Səbəb həm də onun iqtidara gələndən az sonra (2019) Diaspora Nazirliyini ləğv etməsi idi. 44 günlük müharibədəki məğlubiyyətdən sonra isə münasibətlər faktiki tarıma çəkilib. Lakin 2-ci Qarabağ savaşından az sonra (iyun, 2021) keçirilən erkən parlament seçkilərində erməni elektorat radikal-revanşist qüvvələri deyil, hakim “Mülki Müqavilə” partiyasını təzədən qalib etməklə baş nazirin əlini diaspora qarşı da xeyli gücləndirib.

Odur ki, nə qədər qəliz olsa da, Paşinyan 2 mühüm qonşu ilə barışıq qarşısında 3 əngəl-tilsimi sındırmaq zorunda. Buna onun şansı var. Bəs siyasi iradə? Onu da tezliklə biləcəyik... //Musavat.com

20-06-2024, 15:00 109

Digər xəbərlər

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi - FOTO

"Sumqayıt" klubu baş məşqçisi ilə əməkdaşlığı davam etdirəcək

Sumqayıt sənaye zonası Azərbaycanın qeyri-neft ixracının əsas mərkəzinə çevrilib

Prezident ŞƏT tədbirində çıxış etdi

Sumqayıtda məktəb yaxınlığında anti-sanitariya vəziyyəti – sakinlər narazıdır -FOTO

Sumqayıtın mərkəzində ağır tonnajlı maşın problemi – "Qarabağ" kinoteatrının qarşısı dayanacağa çevrilib - FOTO

Sumqayıtda 13 yaşlı uşaq boğulma nəticədə həyatını itirdi

Sumqayıtlı avtomobil həvəskarı klassik maşını ilə Bakı sərgisində - FOTO

Sumqayıtda dənizkənarı evlər kirayə mənzil proqramına daxil edildi

Sumqayıtlı cüdoçular U-14 Liqa yarışında 4 medal qazandılar - FOTO

Sumqayıtda torpaq hərracları keçiriləcək

Sumqayıtdan digər regionlara sərnişin daşınan avtobusların 45 %-i yenilənib

AFFA Sumqayıtda azyaşlı futbolsevərlərə dəstək oldu

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 10 ildə 15 milyard manatlıq məhsul satıb

Şahmatdan tibbə: Uğurla dolu bir yol-FOTO

Qaz və işıq limiti ilə bağlı ÖNƏMLİ XƏBƏR - Yaxın aylarda..

Sumqayıtda evli kişi sevgilisinin keçmiş ərini döydü – MƏHKƏMƏ

Sumqayıt–Quba marşrutu üzrə yeni daşıyıcı müəyyən edilib

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

1 2 3 4 5 6 7 8 9 10 ... 963
Dünən, 15:22
Dünən, 15:16
Dünən, 15:13
Dünən, 15:04
Dünən, 10:28
Dünən, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
28-08-2025, 12:33
28-08-2025, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
27-08-2025, 14:42
27-08-2025, 13:43
27-08-2025, 13:22
27-08-2025, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
1 2 3 4 5 6 7 8 9 10 ... 963