Boliviyada çevrilişə rəhbərlik edən general saxlanıb

 


Boliviya prezidenti Luis Arse hərbi qüvvələr paytaxt La-Pasda prezident iqamətgahının yerləşdiyi Böyük Xalq Evini hücumla tutmağa cəhd etdikdən sonra sakinləri çevriliş cəhdinə qarşı çıxmağa çağırıb. Cəhd uğursuz başa çatıb - əsgərlər geri çəkilməli olublar.
"Boliviya xalqının demokratiya naminə dövlət çevrilişinə qarşı təşkilatlanması və səfərbər olması lazımdır. Çevriliş cəhdlərinin yenidən boliviyalıların həyatına son qoymasına icazə verə bilmərik", - o, müraciətdə bildirib.
İyunun 26-sı axşam qoşunlar hökumət binalarının yerləşdiyi La-Pasın Murilyo meydanının girişlərini bağlayıblar, bundan sonra zirehli maşın sarayın qapılarını dağıtmağa cəhd edib. Zirehli texnikalar və əsgərlər meydanda mövqe tutublar.
 
Hücuma rəhbərlik edən general Xuan Xose Suniqa hərbçilərin məqsədinin ölkədə demokratiyanı bərpa etmək olduğunu bildirib, həmçinin siyasi məhbusları həbsdən buraxmağa söz verib.
"Silahlı Qüvvələr demokratiyanı yenidən qurmaq, onu 30-40 ildir eyni bir neçə adamın idarə etdiyi deyil, əsl demokratiyaya çevirmək niyyətindədir", - o, prezident sarayının qarşısında əsgərlər və səkkiz tankın əhatəsində deyib.
Prezident daha sonra yeni hərbi rəhbərlik təyin etdiyini, Xose Uilson Sançesin ordu komandanı kimi and içdiyini bildirib. X.U.Sançes ilk növbədə əsgərlərə geri çəkilməyi və öz hissələrinə qayıtmağı əmr edib.
Bundan sonra hərbçilər Murilyo meydanını tərk etməyə başlayıblar.
Boliviya Baş Prokurorluğu Suniqa və hücumun digər iştirakçılarının hərəkətləri ilə bağlı araşdırmaya başlayıb. Təşkilatçı general saxlanıb.
AFP yazır ki, quru qoşunların komandanı X.X.Suniqanın işdən qovulmaq ərəfəsində olması ilə bağlı şayiələr iyunun 25-də yayılmağa başlayıb.
General iyunun 24-də televiziyaya çıxıb və 2025-ci il seçkilərində yenidən namizəd olacağı təqdirdə keçmiş prezident Evo Moralesi həbs edəcəyini söyləyib.

Morales ölkə tarixində prezident vəzifəsini tutan ilk etnik hindu idi. O, ehtimal seçki saxtakarlığı ilə bağlı etirazlar fonunda dördüncü müddətinin əvvəlində istefa verməyə məcbur olub.
Çili, Ekvador, Peru, Meksika, Kolumbiya, Venesuela və Braziliya liderləri hərbçilərin hərəkətlərini pisləyib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasından bildirilib ki, prezident Co Bayden administrasiyası Boliviyadakı hadisələri diqqətlə izləyir və sakitliyə çağırır./ Azadlıq Radiosu


27-06-2024, 16:22 125

Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

Sumqayıt şəhər rəhbəri sakinlərlə səyyar görüş keçirib-FOTO/VİDEO

Sumqayıtda avtobus dayanacağında marşrut lövhəsi aşıb-FOTO\VİDEO

Polisdə işləmək istəyənlər üçün yeni vakansiya – ŞƏRTLƏR AÇIQLANDI

Sumqayıt məhkəməsindən bıçaqlama işi ilə bağlı QƏRAR

Sumqayıtda məşhur istirahət mərkəzində ölüm

Yaxın 10-20 ildə Xəzərlə bağlı real addımlar atılmasa, region ekoloji böhranla üzləşə bilər - MÜSAHİBƏ

Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq

Sumqayıtda qamışlıq ərazidə yanğın baş verib

“Sumqayıt” – “Neftçi” oyunundakı qalmaqalla bağlı QƏRAR

Sakinlər 12A nömrəli marşrutdan narazıdır: “Avtobusu dayanacaqlarda uzun müddət gözləyirik”

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 20:53
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
19-08-2026, 12:55
19-08-2026, 12:19
19-08-2026, 11:32
19-08-2026, 11:17
18-08-2026, 23:16
18-08-2026, 18:42
18-08-2026, 15:30
18-08-2026, 13:57
18-08-2026, 13:26
18-08-2026, 12:49
1 2 3 4 5 6 7 8 9 10 ... 1101