İranda prezident seçkiləri - İki namizəd geri çəkildi

 


İranın mühafizəkar xadimi, vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimi seçkilərə bir gün qalmış prezidentliyə namizədliyini geri götürüb.
"İnqilab qüvvələrinin birliyini qorumaq üçün mən seçki kampaniyasından imtina edirəm. Hörmətli İran xalqına, hörmətli Keşikçilər Şurasına, Daxili İşlər Nazirliyinə və seçki qərargahımın bütün üzvlərinə minnətdaram", - Haşimi X səhifəsində yazıb.
İran Konstitusiyasının Keşikçilər Şurası iyunun 28-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün altı namizədi təsdiqləyib. Şura namizədliyini irəli sürənlərin əksəriyyətini qeydə almaqdan imtina edib. O cümlədən keçmiş prezident Mahmud Əhmədinejad və parlamentin keçmiş sədri Əli Laricani namizədlər siyahısına düşməyiblər.
İranın əvvəlki prezidenti İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olması səbəbindən seçkilər vaxtından əvvəl keçirilir.
Seçkilərə buraxılan namizədlər arasında nüvə sazişi üzrə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik etmiş Səid Cəlili də var. O, İranın ali dini lideri Ayətullah Xameneiyə yaxın ultra-mühafizəkar kimi tanınır. Seçkilərin favoriti sayıla biləcək daha iki mühafizəkar - vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimi və parlamentin hazırkı sədri Məhəmməd Bağer Qalibafdır.
Deputat Məsud Pezeşkian islahatçılara aid edilən yeganə namizəddir. Keçmiş daxili işlər naziri Mustafa Purməhəmmədi də seçkilərdə iştirak edəcək.
Konstitusiya Keşikçiləri Şurası altı hüquqşünas və altı ruhanidən ibarətdir, ali rəhbərin iradəsinin icraçısı hesab olunur.
İranın dövlət başçısı ali rəhbər Seyid Əli Xameneidir. Prezident xüsusilə xarici siyasət sahəsində çox məhdud səlahiyyətlərə malik icra hakimiyyəti başçısıdır.//AzadlıqRadiosu
Musavat.com xəbər verir ki, yazı çapa hazırlanarkən İran media quruluşları Təbrizin keçmiş meri Əlirza Zəkaninin də seçkilərdən öz namizədliyini geri çəkdiyi haqda məlumat yayıblar. 




27-06-2024, 14:45 158

Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

Sumqayıt şəhər rəhbəri sakinlərlə səyyar görüş keçirib-FOTO/VİDEO

Sumqayıtda avtobus dayanacağında marşrut lövhəsi aşıb-FOTO\VİDEO

Polisdə işləmək istəyənlər üçün yeni vakansiya – ŞƏRTLƏR AÇIQLANDI

Sumqayıt məhkəməsindən bıçaqlama işi ilə bağlı QƏRAR

Sumqayıtda məşhur istirahət mərkəzində ölüm

Yaxın 10-20 ildə Xəzərlə bağlı real addımlar atılmasa, region ekoloji böhranla üzləşə bilər - MÜSAHİBƏ

Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq

Sumqayıtda qamışlıq ərazidə yanğın baş verib

“Sumqayıt” – “Neftçi” oyunundakı qalmaqalla bağlı QƏRAR

Sakinlər 12A nömrəli marşrutdan narazıdır: “Avtobusu dayanacaqlarda uzun müddət gözləyirik”

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 20:53
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
19-08-2026, 12:55
19-08-2026, 12:19
19-08-2026, 11:32
19-08-2026, 11:17
18-08-2026, 23:16
18-08-2026, 18:42
18-08-2026, 15:30
18-08-2026, 13:57
18-08-2026, 13:26
18-08-2026, 12:49
1 2 3 4 5 6 7 8 9 10 ... 1101