Hantavirus COVID-19 qədər təhlükəli deyil? – Alimdən açıqlama

“Hantavirus insanlar üçün COVID-19 qədər təhlükə yaratmır”.

Sumqayit.tv xəbər verir ki, bunu rusiyalı tibb elmləri namizədi, Perm Milli Tədqiqat Politexnik Universitetinin baş elmi işçisi Valeri Litvinov “RİA Novosti”yə müsahibəsində bildirib.

Alimin sözlərinə görə, koronavirus insandan insana çox sürətlə və minimal təmasla ötürülür. Hantavirus isə əsasən təbii ocaqlı infeksiya hesab olunur və heyvanlarla əlaqəlidir.

“Virusun əsas daşıyıcıları siçan və siçovullardır. Onlar xəstəliyi əksər hallarda simptomsuz keçirirlər”, – deyə Litvinov qeyd edib.

Bildirilib ki, gəmiricilər yalnız bəzi hantavirus növlərinə yoluxduqda tələf olurlar. İnsanlarda isə xəstəlik əksər hallarda ağır formada keçmir.

Qeyd edək ki, mayın 10-da İspaniyada göyərtəsində hantavirus epidemiyası qeydə alınan “MV Hondius” kruiz gəmisindən sərnişinlərin təxliyəsinə başlanılıb. İlk mərhələdə 14 ispaniyalı sərnişin Madriddəki xəstəxanalara yerləşdirilib.

İspaniya Səhiyyə Nazirliyi həmin şəxslərdə infeksiya əlamətlərinin müşahidə olunmadığını açıqlasa da, daha əvvəl gəmidə yoluxma halları qeydə alınıb və üç sərnişinin öldüyü bildirilib.


11-05-2026, 13:21 233

Digər xəbərlər

Sumqayıt"ın ilk yoxlama oyununun tarixi bəlli oldu

Cinayətlə bağlı məlumatların araşdırılma müddəti uzadıldı – Prezident dəyişiklikləri təsdiqlədi

Slovakiya Prezidenti İlham Əliyevlə bağlı paylaşım etdi: “Bu dostluq jestini yüksək qiymətləndirirəm”

Azərbaycanda məktəblərin internetlə təminatında böyük sıçrayış

17 yaşlı oğlana işgəncə işi: Sumqayıt Apellyasiya Məhkəməsindən qərar

Sumqayıt sahilində növbəti təmizlik aksiyası keçirildi-FOTO

Sumqayıtda sakinlərlə növbəti görüş keçirilib-VİDEO

Şuşadan yüksələn strateji mesaj: Azərbaycan–Slovakiya tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur

"Sumqayıt"ın yeni məşqçisi böyük hədəf açıqladı

Müəllimlərə süni intellektdən istifadə öyrədiləcək

Sumqayıtlı magistr MİQ-də 85 bal topladı: "Nəticəmi 68,5-dən 85-ə yüksəltdim"

Sumqayıtda mərasim evi GƏRGİNLİYİ: Sakinlər ayağa qalxdı, sahibindən mübahisəli açıqlama

İlham Əliyev Ərdoğana başsağlığı məktubu göndərdi: "15 İyul qəhrəmanlıq dastanıdır"

Sumqayıtlı gənc Rusiya-Ukrayna müharibəsində həlak olub

Şəhid Kənan Allahverdiyev adına küçəni zibil basıb – Sakinlər kömək istəyir-VİDEO

Toyuq tükü qalmaqalı: AQTA kolbasa istehsalını dayandırdı-FOTO

İyulun 15-də Abşeron və Sumqayıt çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

65 illik ömrünə Vətən sevgisi ilə yazılan həyat yolu-FOTOLAR

Qayınatasını bıçaqlayaraq öldürən şəxsə Sumqayıtda hökm oxundu

Deputat Elnarə Akimova, şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət edib-FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1081
Dünən, 19:33
Dünən, 18:29
Dünən, 18:26
Dünən, 18:20
Dünən, 18:02
Dünən, 14:57
Dünən, 14:11
Dünən, 13:51
Dünən, 13:24
Dünən, 13:07
Dünən, 12:32
Dünən, 12:00
Dünən, 11:50
14-07-2026, 21:04
14-07-2026, 20:00
14-07-2026, 18:27
14-07-2026, 17:41
14-07-2026, 16:39
14-07-2026, 15:54
14-07-2026, 15:35
14-07-2026, 14:22
14-07-2026, 14:16
14-07-2026, 13:16
14-07-2026, 12:57
14-07-2026, 11:55
14-07-2026, 11:35
14-07-2026, 11:28
13-07-2026, 21:37
13-07-2026, 19:14
13-07-2026, 17:53
13-07-2026, 17:51
13-07-2026, 16:50
13-07-2026, 16:17
13-07-2026, 16:17
13-07-2026, 16:15
13-07-2026, 16:07
13-07-2026, 16:05
13-07-2026, 15:59
13-07-2026, 15:49
13-07-2026, 15:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1081