“BBC World News” da Azərbaycan turizmi çarxı təqdim olunub



Azərbaycan Turizm Bürosunın “BBC” yayım şirkəti ilə əməkdaşlığı çərçivəsində Azərbaycanın turizm potensialı haqqında çəkilən tanıtım çarxı izləyicilərə təqdim olunub. V

Videoda Azərbaycanın təbiəti, tarixi və mədəni müxtəlifliklərini əks etdirən abidələri, Azərbaycan mətbəxinin təamları, o cümlədən ölkəyə səyahət edən turistlərin təcrübədən keçirə biləcəkləri fəaliyyət növləri öz əksini tapıb. Bir il ərzində davam edəcək əməkdaşlıq üzrə rəqəmsal və podkast kampaniyalarına start verilib. Belə ki, rəqəmsal kampaniya “bbc.com” saytında reklam bannerləri, ölkəmizin mədəni və maddi irs nümunələrini əks etdirən maraqlı məqalələr, eləcə də saytın “reel” (video məlumat) bölməsində qısa tanıtım çarxlarının yerləşdirilməsini, podkast kampaniyası isə “BBC” şəbəkəsində yayımlanan, səyahət və kulinariyaya həsr olunmuş podkastlar zamanı audioreklamların səsləndirilməsini nəzərdə tutur. Kampaniyanın hədəfi BƏƏ, Bəhreyn, Oman, Səudiyyə Ərəbistanı, Qətər, İsrail, Türkiyə və Rusiya kimi hədəf bazarlardan olan istifadəçilərdir. Kampaniya çərçivəsində Azərbaycanın turizm imkanlarına həsr olunmuş daha 2 təbliğat videoçarxının, eləcə də “A Taste of Baku” (“Bakının dadı”) və “Wonders of Azerbaijan” (“Azərbaycanın möcüzələri”) verilişlərinin çəkilişi planlaşdırılır. Həmin tanıtım çarxları və adıçəkilən verilişlər “BBC World News” telekanalında yayımlanacaq. Qeyd edək ki, televiziya, radio və onlayn vasitələrlə müxtəlif yayım xidmətləri göstərən “BBC” şirkətinin “BBC World News” telekanalının izləyici sayı 112 milyon, “bbc.com” saytının aylıq unikal istifadəçi sayı isə 179 milyon təşkil edir.




17-11-2021, 15:32 170

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065