Azərişıq Tatarıstanla müqavilə imzaladı



Azərbaycan Respublikası və Tatarıstan Respublikasının elektrik şəbəkə şirkətləri arasında əməkdaşlıq sazişi imzalanıb.

“Azərişıq” ASC-nin İdarə Heyətinin sədri Vüqar Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin “Setevaya Kompaniya” ASC-yə işgüzar səfərinin məqsədi rəqəmsal texnologiyaların elektrik şəbəkələrində tətbiqi perspektivləri və gərginlik altında iş üzrə təcrübə mübadiləsi olub.

Səfərin ilk günü V. Əhmədov, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkənin elektroenergetika sahəsində aparılan genişmiqyaslı yenidənqurma və müasirləşdirmə istiqamətindəki islahatlar haqqında Tatarstan Respublikasının energetiklərinə geniş məlumat verdi. Eyni zamanda, şirkətin bir neçə filialında (Kazan şəhəri və Vısokaya Qora xidmət ərazisində), həmçinin “Enerqorazvitie” mühəndislik mərkəzində və “PromEnerqo” MMC-də – respublika enerji klasterinə daxil olan müəssisələrdə görülən işlərlə tanışlıq, yerli mütəxəssislərlə fikir mübadiləsi aparılıb. Səfərdə qonaqları “Setevaya Kompaniya” ASC-nin baş direktoru İlşat Fardiyev müşayiət etmişdir. 
Nümayəndə heyətinin üzvləri üçün Kazan elektrik şəbəkələrində Mərkəzləşdirilmiş Dispetçer Sisteminin idarəetmə mərkəzinə ekskursiya təşkil olunub. Burada, iki səviyyəli şəbəkə idarəetmə sistemi, elektrik şəbəkəsi obyektlərinin məsafədən idarə edilməsi və monitorinqinin yeni imkanları haqda geniş məlumat verildi.
Rəqəmsal texniki həllərin tətbiqi ilə bağlı fikir mübadiləsi, Tatarıstan Respublikasında ilk rəqəmsal yarımstansiya olan 110 kV-luq “Portovaya” yarımstansiyasına, eləcə də Kazan şəhərində Smart Grid proqramı ilə əlaqələndirilmiş “RP-9” paylama məntəqəsinə səfər çərçivəsində davam etdirildi.
"Setevaya Kompaniya" ASC-nin baş ofisində Tatarıstan elektroenergetika şirkətinin fəaliyyətilə bağlı nəzəri fikir mübadiləsi aparıldı. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun rəhbərlik etdiyi energetiklər qrupu, şirkətdə aparılan operativ və texnoloji idarəetmə islahatına uyğun olaraq, yenilənmiş Şəbəkə İdarəetmə Mərkəzinə də baxış keçirmiş, enerji sisteminin rejimlərinin idarə olunmasında SK-11 - müasir SCADA İdarəetmə Sisteminin istifadə səmərəliliyini yüksək qiymətləndirmişlər.
Azərbaycandan olan nümayəndə heyətinin üzvləri şirkətdə həyata keçirilən “Energiya” - İstehsalat Sisteminin nəticələri ilə tanış olublar. Bildirilib ki, Yaponiya şirkətinin mütəxəssisləri tərəfindən aparılmış auditinin nəticələrinə əsasən, İstehsalat Sistemi dünya meyarlarına uyğunluq üzrə bürünc səviyyə əldə edib. Həmçinin, Tatarıstanda tətbiq olunmağa başlayan gərginlik altında işləmə texnologiyası ilə nümayəndə heyətinin real şəraitdə tanış olması məqsədilə, Vısokogorskiy RES ərazisində 10kV-luq HEVX-də aparılan yenidənqurma işləri təqdim edildi. Məlumat verildi ki, bu müasir iş texnikası təmir bərpa işlərinin gərginlik altında, elektrik enerjisi verilişində fasilə yaratmadan apamağa imkan verir.
Növbəti görüş əsnasında, nümayəndə heyətinə şirkətin Tatarıstan Respublikasının elektrik şəbəkəsinin virtual modeli olan “Rəqəmsal təkrarı” –Vahid Avtomatlaşdırılmış Proseslərə Nəzarət Sistemi haqqında geniş məruzə edildi.
İstehsalat və elektroenergetika obyektlərinə səfərlər başa çatdıqdan sonra “Azərişıq” ASC ilə “Setevaya Kompaniya” ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb. “İqlim şəraitinin fərqliliyinə baxmayaraq, bizim çoxlu ortaq təmas nöqtələrimiz var – bu yaxınlarda Azərbaycan Respublikasına səfərimiz zamanı həmkarlarımızın yüksək səriştələrinə əmin olduq. Bugünkü sənədin imzalanması qarşılıqlı əməkdaşlıq - qabaqcıl təcrübənin tətbiqi və  hər iki şirkət mütəxəssisləri arasında təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır” –  İlşat Fərdiyev, iki ölkə arasında elektroenergetika sahəsində əlaqələrin yaranmasını və gələcəkdə də inkişaf etdirilməsini yüksək qiymətləndirdi. Vüqar Əhmədov öz növbəsində səmimi qəbula və səfərin məzmunlu zəngin proqramına görə “Setevaya Kompaniya” ASC-nin bütün kollektivinə təşəkkürünü bildirib, ikitərəfli münasibətlərin bundan sonra da davam edəcəyinə və gələcək inkişafı üçün yeni imkanlar qazanacağına əminliyini ifadə etdi.

17-12-2021, 16:11 214

Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

Sumqayıt şəhər rəhbəri sakinlərlə səyyar görüş keçirib-FOTO/VİDEO

Sumqayıtda avtobus dayanacağında marşrut lövhəsi aşıb-FOTO\VİDEO

Polisdə işləmək istəyənlər üçün yeni vakansiya – ŞƏRTLƏR AÇIQLANDI

Sumqayıt məhkəməsindən bıçaqlama işi ilə bağlı QƏRAR

Sumqayıtda məşhur istirahət mərkəzində ölüm

Yaxın 10-20 ildə Xəzərlə bağlı real addımlar atılmasa, region ekoloji böhranla üzləşə bilər - MÜSAHİBƏ

Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq

Sumqayıtda qamışlıq ərazidə yanğın baş verib

“Sumqayıt” – “Neftçi” oyunundakı qalmaqalla bağlı QƏRAR

Sakinlər 12A nömrəli marşrutdan narazıdır: “Avtobusu dayanacaqlarda uzun müddət gözləyirik”

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 20:53
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
19-08-2026, 12:55
19-08-2026, 12:19
19-08-2026, 11:32
19-08-2026, 11:17
18-08-2026, 23:16
18-08-2026, 18:42
18-08-2026, 15:30
18-08-2026, 13:57
18-08-2026, 13:26
18-08-2026, 12:49
1 2 3 4 5 6 7 8 9 10 ... 1101