İranda polis nümayişçiləri güllələyir -VİDEO


İranın etnik ərəblər yaşayan Xuzestan (Əl-Əhvaz) bölgəsində su qıtlığına görə başlayan etirazlar günlərdir davam edir və ölkənin digər şəhərlərinə də yayılıb. Sumqayit.tv Virtualaz.org-a istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri Xuzestanda getdikcə böyüyən etirazları yatırmaq üçün silahdan istifadə edir, BBC Fars xidmətinin yaydığı kadrlara əsasən nümayişçilərə atəş açılır. İndiyədək Xuzestanda polislə toqquşmalarda ölənlərin sayı 10-a çatıb.
BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçelet İran hakimiyyətinin etirazçıları dağıtmaq üçün silah tətbiq etməsini qınayıb. Komissar etirazçılara qarşı qaba gücdən istifadə edildiyinə dair çoxsaylı dəlillər olduğunu bildirir.
 
Xəbər verildiyi kimi, Xuzestan sakinlərinə dəstək olaraq iyulun 25-də Təbriz sakinləri də küçələrə çıxmışdı və minlərlə təbrizli “Azərbaycan, Əl-Əhvaz”, “İttihad” şüarları səsləndirmişdilər.
Ötən gün paytaxt Tehranda da etirazlar olub və yüzlərlə adam şəhərin mərkəzi prospekti ilə yürüş edib. Təhlükəsizlik qüvvələri etirazçıları müşaiyət edib, amma onlara müdaxilə etməyib və aksiya ciddi insident olmadan başa çatıb.
 

Xuzestan əyalətində etirazları alovlandıran səbəb quraqlıq fonunda yaranan kəskin su qıtlığı olsa da narazılığın əsas səbəbi etnik ərəblərə qarşı diskriminasiyadır. İranın neft-qaz ehtiyatlarının az qala yarısı bu bölgədə yerləşsə də əhali olduqca kasıb yaşayır, üstəlik Xuzestan bölgəsindən keçən çayların səmti illər əvvəl dəyişdirilərək başqa bölgələrə yönləndirilib.
Virtualaz.org

27-07-2021, 10:16 209

Digər xəbərlər

Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi – Dünya çempionu 21 ildən sonra antirekord yaşadı

Sumqayıt liseylərinə və gimnaziyaya qəbul olmaq istəyənlər üçün vacib xəbər

Dünya Seriyasının Sumqayıt mərhələsinə start verilir

Abşeronda azyaşlının ölümü ilə nəticələnən qəza

Çimərliyə gedənlərin diqqətinə: Sabah külək güclənəcək

Sumqayıtda sabah təkrar imtahan keçiriləcək

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Bu gün, 14:58
Bu gün, 14:56
Bu gün, 14:50
Bu gün, 14:41
Bu gün, 14:38
Bu gün, 14:31
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
1 2 3 4 5 6 7 8 9 10 ... 1065