Paşinyan çox bərk gedir və korteji cəmiyyətə təhdid yaradır...


Ermənistan mətbuatı yenə baş nazirin səlahiyyətlərini icra edən, yaxud özünün dediyi kimi “xalqın baş naziri” Nikol Paşinyanın kortejinin yollarda yüksək sürətlə hərəkət etməsindən və başqalarının həyatına təhlükə yaratmasından yazır. “Past” qəzeti xatırladır ki, Paşinyan ötən bazar günü Vardavar bayramını qeyd etmək üçün doğma İcevan şəhərinə getmişdi. Və onu yüzlərlə polis, çoxsaylı cangüdənlər müşaiyət edirdi. Paşinyanın çoxsaylı avtomobillərdən ibarət korteji Sevan şossesi ilə böyük sürətlə hərəkətdə olarkən digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaradıb.

Belə ki, qəzetin müxbiri Paşinyanın böyük sürətlə şütüyən kortejində yer alan polis maşınlarının “Tsovaqyux” supermarketinin yaxınlığında dayananları necə şoka salmasının şahidi olub. Polis maşınları kortejdən qabaqda yüksək sürətlə, ziqzaqvari hərəkət edərək qarşı hərəkət zolağına çıxıblar və yoldakı digər avtomobilləri sağa-sola sıxışdırıblar. Bu zaman hərəkət iştirakçıları dəhşətə düşüblər, avtomobillərdən birinin sürücüsü şoka düşüb uzun müddət özünə gələ bilməyib. Onun avtomobilində azyaşlı uşaqlar olub.

Ermənistan mətbuatı onu da yazır ki, seçkilərdən sonra Paşinyanın şəxs mühafizəsi xeyli gücləndirilib. Yeni qaydalara əsasən baş nazir parlamentə gələndə bütün deputatlar metal detektoru ilə yoxlanılacaqlar. Habelə digər təhlükəsizlik tədbirləri görüləcək, o cümlədən baş nazirin iqamətgahında onunla görüşmək istəyənlər daha sərt yoxlamalardan keçəcəklər.
Qeyd edək ki, hakimiyyətə təzə gələndə Paşinyan gah Yerevan küçələrində velosiped sürürdü, gah da işə piyada gedirdi və tez-tez onu cangüdənlərsiz görmək olurdu.
virtualaz.org

27-07-2021, 13:50 553

Digər xəbərlər

Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi – Dünya çempionu 21 ildən sonra antirekord yaşadı

Sumqayıt liseylərinə və gimnaziyaya qəbul olmaq istəyənlər üçün vacib xəbər

Dünya Seriyasının Sumqayıt mərhələsinə start verilir

Abşeronda azyaşlının ölümü ilə nəticələnən qəza

Çimərliyə gedənlərin diqqətinə: Sabah külək güclənəcək

Sumqayıtda sabah təkrar imtahan keçiriləcək

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Bu gün, 14:58
Bu gün, 14:56
Bu gün, 14:50
Bu gün, 14:41
Bu gün, 14:38
Bu gün, 14:31
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
1 2 3 4 5 6 7 8 9 10 ... 1065