Haniyənin öldürülməsinə BEYNƏLXALQ REAKSİYALAR

Haniyənin öldürülməsinə BEYNƏLXALQ REAKSİYALAR


Səhər saatlarında İranın "Tasnim" və "Mehr" agentlikləri HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehrandakı iqamətgahına hücum nəticəsində həlak olduğunu bildirib. Onunla birlikdə mühafizəçisi də öldürülüb.
 
“Al Hadath” məlumat yayıb ki, İsmayıl Haniyə gecə qaldığı evin birbaşa raketlə vurulması nəticəsində saat 2:00-da “sözün həqiqi mənasında yataqda” dünyasını dəyişib. İranyönlü "Al Mayadeen" telekanalı iddia edir ki, iqamətgahı vuran raket xarici dövlətdən buraxılıb.
 
İsmayıl Haniyə İranın yeni prezidenti Məsud Pezeşkianın bir gün əvvəl, iyulun 30-da keçirilən andiçmə mərasimində iştirak etmək üçün Tehrana gəlibmiş.
 
Sumqayit.tv hadisəyə beynəlxalq reaksiyaları təqdim edir:
 
HƏMAS rəsmi bəyanatında Siyasi Büro rəhbərinin ölümünü təsdiqləyərək onun ölümündə İsraili günahlandırıb. HƏMAS Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk bildirib ki, Haniyənin qətli cavabsız qalmayacaq.
 
Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas Haniyənin öldürülməsini pisləyib və bunu “qorxaqlıq” adlandırıb.
 
İsrail Haniyənin ölümü ilə bağlı rəsmi açıqlama verməyib. Lakin İsrailin Qüds işləri və irs naziri Amiçay Eliyahu bildirib ki, Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi “dünyanı bu çirkabdan təmizləmək üçün doğru yoldur”. İsrail Müdafiə Qüvvələri HƏMAS-ın siyasi liderinin ölümü ilə bağlı hələlik şərh verməyib.
 
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Haniyənin ölümünü təsdiqləyib və onun qətli ilə bağlı araşdırma aparıldığını bildirib. İran Məclisinin Milli Təhlükəsizlik Komissiyası Həniyənin qətli ilə bağlı təcili iclas keçirib. İran Xarici İşlər Nazirliyi bildirib ki, Haniyənin öldürülməsi “Tehran, Fələstin və müqavimət arasında dərin və qırılmaz bağı gücləndirəcək”.
 
Türkiyə Xarici İşlər Nazirliyi Haniyənin “iyrənc şəkildə öldürülməsini” pisləyib və bildirib ki, İsrail “Qəzzadakı müharibəni bölgəyə yaymağa” çalışır. "Əgər beynəlxalq ictimaiyyət İsraili dayandırmaq üçün addım atmasa, regionumuz daha böyük münaqişələrlə üzləşəcək. Türkiyə Fələstin xalqının haqq işini dəstəkləməyə davam edəcək", - Türkiyə XİN-in bəyanatında deyilir.
 
Rusiya Xarici İşlər Nazirliyi HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünü “tamamilə qəbuledilməz siyasi qətl” adlandırıb. Nazirlik hesab edir ki, Siyasi Büro rəhbərinin ölümü Qəzza zolağı ilə bağlı danışıqlara mənfi təsir göstərəcək və regionda gərginliyin daha da artmasına səbəb olacaq.

31-07-2024, 12:36 130

Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

Sumqayıt şəhər rəhbəri sakinlərlə səyyar görüş keçirib-FOTO/VİDEO

Sumqayıtda avtobus dayanacağında marşrut lövhəsi aşıb-FOTO\VİDEO

Polisdə işləmək istəyənlər üçün yeni vakansiya – ŞƏRTLƏR AÇIQLANDI

Sumqayıt məhkəməsindən bıçaqlama işi ilə bağlı QƏRAR

Sumqayıtda məşhur istirahət mərkəzində ölüm

Yaxın 10-20 ildə Xəzərlə bağlı real addımlar atılmasa, region ekoloji böhranla üzləşə bilər - MÜSAHİBƏ

Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq

Sumqayıtda qamışlıq ərazidə yanğın baş verib

“Sumqayıt” – “Neftçi” oyunundakı qalmaqalla bağlı QƏRAR

Sakinlər 12A nömrəli marşrutdan narazıdır: “Avtobusu dayanacaqlarda uzun müddət gözləyirik”

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 20:53
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
19-08-2026, 12:55
19-08-2026, 12:19
19-08-2026, 11:32
19-08-2026, 11:17
18-08-2026, 23:16
18-08-2026, 18:42
18-08-2026, 15:30
18-08-2026, 13:57
18-08-2026, 13:26
18-08-2026, 12:49
1 2 3 4 5 6 7 8 9 10 ... 1101