“Rəqəmsal gələcəyə addım” müsabiqəsinin final mərhələsi keçirilir


Təhsil Nazirliyinin "Kod Saatı" qlobal hərəkatı çərçivəsində V-IX sinif şagirdləri üçün “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə birgə təşkil etdiyi “Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin final mərhələsi keçirilir. 

Sumqayit.tv xəbər verir ki, tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov “Rəqəmsal bacarıqlar” layihəsinin tədris prosesinə müasir informasiya texnologiyalarının tətbiqi, eləcə də şagirdlərin proqramlaşdırma və məntiqi təfəkkür sahəsində bilik səviyyəsinin artırılmasının əhəmiyyətini vurğulayıb. Nazir müavini qeyd edib ki, bu gün biz şagirdlərin problemlərinin həllinə yaradıcı yanaşma, komandada işləmək, liderlik və digər bu kimi bacarıqların inkişafına daha çox diqqət yetirməliyik. Bu baxımdan “Rəqəmsal bacarıqlar” layihəsi uğurlu nümunədir. 

Firudin Qurbanov müsabiqə haqqında danışaraq bildirib ki, tədrisdə müasir interaktiv texnologiyalardan istifadə etmək və “İnformatika” fənninin şagirdlərə nə dərəcədə maraqlı olduğunu nümayiş etdirmək əsas məqsəddir.

Nazir müavini məlumat verib ki, “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 2017-2018-ci tədris ilindən etibarən ümumtəhsil məktəblərində informatika fənninin yeni formatda tədrisi üzrə layihənin tətbiqinə başlanılıb. Layihənin məqsədi təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etməkdir. “Rəqəmsal bacarıqlar” layihəsi hər il əhatə dairəsini genişləndirir. Layihə bu tədris ilindən 16 şəhər və region üzrə 250 məktəbdən olan 191 min şagirdi əhatə edir.

Qeyd edək ki, müsabiqənin final mərhələsi komanda şəklində keçirilir. Burada müəyyən vaxt ərzində finalçılardan ibarət komandalar layihəni tamamlamaq üçün bir-biri ilə yarışır. Finalda respublikanın 61 məktəbindən 20 komanda - 100 şagird iştirak edir. Müvafiq işlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Həmçinin tədbir çərçivəsində “TED” danışıqları üslubunda seminar keçiriləcək.

Müsabiqədə iştirak etmək üçün 21 000 şagird qeydiyyatdan keçərək birinci mərhələdə iştirak edib. Onlardan 5500 nəfəri müsabiqənin ikinci mərhələsində iştirak etmək hüququ qazanıb. İkinci mərhələdə, ümumilikdə 3936 şagird iştirak edir.

 “Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin qalibləri günün sonunda müəyyən olunacaq.
 











14-12-2021, 15:19 180

Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

Sumqayıt şəhər rəhbəri sakinlərlə səyyar görüş keçirib-FOTO/VİDEO

Sumqayıtda avtobus dayanacağında marşrut lövhəsi aşıb-FOTO\VİDEO

Polisdə işləmək istəyənlər üçün yeni vakansiya – ŞƏRTLƏR AÇIQLANDI

Sumqayıt məhkəməsindən bıçaqlama işi ilə bağlı QƏRAR

Sumqayıtda məşhur istirahət mərkəzində ölüm

Yaxın 10-20 ildə Xəzərlə bağlı real addımlar atılmasa, region ekoloji böhranla üzləşə bilər - MÜSAHİBƏ

Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq

Sumqayıtda qamışlıq ərazidə yanğın baş verib

“Sumqayıt” – “Neftçi” oyunundakı qalmaqalla bağlı QƏRAR

Sakinlər 12A nömrəli marşrutdan narazıdır: “Avtobusu dayanacaqlarda uzun müddət gözləyirik”

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 20:53
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
19-08-2026, 12:55
19-08-2026, 12:19
19-08-2026, 11:32
19-08-2026, 11:17
18-08-2026, 23:16
18-08-2026, 18:42
18-08-2026, 15:30
18-08-2026, 13:57
18-08-2026, 13:26
18-08-2026, 12:49
1 2 3 4 5 6 7 8 9 10 ... 1101