Ermənistanla sərhəddə yeni sərhəd komendantlığı yaradıldı


Dekabr ayının 14-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sumqayit.tv- verilən məlumata görə, bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək yeni hərbi hissə­nin fəaliyyətə başlaması mü­nasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb. Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsindən və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra Azərbaycan Respub­lika­sının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyə­də təşkili məqsədilə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradıl­masının davam etdirilməsi, cari il ərzində 19 yeni hərbi hissənin və 104 sərhəd-döyüş məntəqəsinin fəaliyyətə başlaması qeyd olunub.

Ermənistanla sərhəddə yeni sərhəd komendantlığı yaradıldı
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Mü­zəffər Ali Baş Komandanı İlham Əliyevin cari ilin oktyabr ayında işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin 3 yeni hərbi hissəsinə gəlişinin sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın ifadəsi olduğu və sərhədçiləri yeni xidməti uğurlara ruhlandırdığı vurğu­lan­ıb. Çıxışda hər bir Azərbaycan sərhədçisi üçün azad olunmuş müqəddəs sərhədlərimizdə xidmət etməyin böyük şərəf və qürur mənbəyi olması qeyd edilmiş, şəxsi heyətin gələcək xidməti-döyüş fəaliyyətində uğurlar arzulan­ıb.
Ermənistanla sərhəddə yeni sərhəd komendantlığı yaradıldı
Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığında yaradılmış şəraitlə tanış olmuşlar. Burada şəxsi heyət üçün iş otaqları, zabit-gizir və əsgər yataqxanaları, yeməkxana, hamam-camaşırxana-qazan­xana komp­leksi, silah və təminat anbarları vardır. Hərbi hissənin elektrik enerjisi ilə təmin edilməsi üçün elektrik generatorları quraşdırılmış, su xətti çəkilmişdir. Ərazidə sıra meydanı yaradılmış, abadlıq işləri həyata keçirilmiş, ağaclar əkilib.

Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunublar.






14-12-2021, 16:20 210

Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

Sumqayıt şəhər rəhbəri sakinlərlə səyyar görüş keçirib-FOTO/VİDEO

Sumqayıtda avtobus dayanacağında marşrut lövhəsi aşıb-FOTO\VİDEO

Polisdə işləmək istəyənlər üçün yeni vakansiya – ŞƏRTLƏR AÇIQLANDI

Sumqayıt məhkəməsindən bıçaqlama işi ilə bağlı QƏRAR

Sumqayıtda məşhur istirahət mərkəzində ölüm

Yaxın 10-20 ildə Xəzərlə bağlı real addımlar atılmasa, region ekoloji böhranla üzləşə bilər - MÜSAHİBƏ

Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq

Sumqayıtda qamışlıq ərazidə yanğın baş verib

“Sumqayıt” – “Neftçi” oyunundakı qalmaqalla bağlı QƏRAR

Sakinlər 12A nömrəli marşrutdan narazıdır: “Avtobusu dayanacaqlarda uzun müddət gözləyirik”

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 20:53
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
19-08-2026, 12:55
19-08-2026, 12:19
19-08-2026, 11:32
19-08-2026, 11:17
18-08-2026, 23:16
18-08-2026, 18:42
18-08-2026, 15:30
18-08-2026, 13:57
18-08-2026, 13:26
18-08-2026, 12:49
1 2 3 4 5 6 7 8 9 10 ... 1101