Apteklərdən pul tələb edən şəxslər tutulub


Dekabrın 18-də Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən apteklərdən birinin sahibi Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə şikayət edib. 

DİN-dın Sumqayit.tv-yə verilən məlumata görə, o, tanımadığı 2 nəfərin özlərini guya dövlət qrumlarından birinin əməkdaşları kimi təqdim edərək apteki yoxlamağa gəldiklərini və obyektin cərimə olunmaması üçün 1000 manat pul tələb etdiklərini bildirib. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən qanun pozuntusunu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Arif Məmmədov və Xaliq Rəhimov zərərçəkəndən pul almaq istəyərkən saxlanılaraq Qobu Polis Bölməsinə gətiriliblər. Araşdırma zamanı onların heç bir dövlət qurumunun əməkdaşları olmadıqları və özləri ilə gətirdikləri blankların, həmçinin vəsiqələrinin saxta olduğu müəyyən edilib. Saxlanılan şəxslərin üzərində axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdikləri pul vəsaiti və digər sübutlar aşkar olunaraq götürülüb. Arif Məmmədov və Xaliq Rəhimov ifadələrində etdikləri qanun pozuntusunu etiraf edərək eyni əməlləri paytaxtın Qaradağ, Suraxanı, Nərimanov və Yasamal rayonlarında fəaliyyət göstərən bəzi apteklərdə də törətdiklərini bildiriblər.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin Abşeron rayonu, eləcə də, paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

20-12-2021, 16:29 245

Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

Sumqayıt şəhər rəhbəri sakinlərlə səyyar görüş keçirib-FOTO/VİDEO

Sumqayıtda avtobus dayanacağında marşrut lövhəsi aşıb-FOTO\VİDEO

Polisdə işləmək istəyənlər üçün yeni vakansiya – ŞƏRTLƏR AÇIQLANDI

Sumqayıt məhkəməsindən bıçaqlama işi ilə bağlı QƏRAR

Sumqayıtda məşhur istirahət mərkəzində ölüm

Yaxın 10-20 ildə Xəzərlə bağlı real addımlar atılmasa, region ekoloji böhranla üzləşə bilər - MÜSAHİBƏ

Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq

Sumqayıtda qamışlıq ərazidə yanğın baş verib

“Sumqayıt” – “Neftçi” oyunundakı qalmaqalla bağlı QƏRAR

Sakinlər 12A nömrəli marşrutdan narazıdır: “Avtobusu dayanacaqlarda uzun müddət gözləyirik”

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 20:53
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
19-08-2026, 12:55
19-08-2026, 12:19
19-08-2026, 11:32
19-08-2026, 11:17
18-08-2026, 23:16
18-08-2026, 18:42
18-08-2026, 15:30
18-08-2026, 13:57
18-08-2026, 13:26
18-08-2026, 12:49
1 2 3 4 5 6 7 8 9 10 ... 1101