DİN daha 14 nəfər narkotaciri saxladı


Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan 14 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Sumqayit.tv-yə verilən məlumata görə, həyata keçirdikləri əməliyyatlar nəticəsində Bərdə rayonu ərazisində narkotik vasitələrin satışını həyata keçirən, həmçinin Bakı şəhərində digər qanunazidd əməllər törədən 5 nəfərdən ibarət mütəşəkkil dəstənin üzvləri saxlanılıb. Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Aslan Fərəcov, Asəf Səmədzadə, Mahmud Nəzərov, Rəşad Salahov və Tapdıq Mehdiyev tutulublar. Onların üzərində şəxsi axtarış zamanı külli miqdarda heroin və 1 ədəd "Vincester” markalı ov silahı aşkar edilib. Həmçinin Asəf Səmədzadənin üzərindən və idarə etdiyi avtomobildən də əlavə olaraq ümümilikdə 70 qrama yaxın heroin və metamfetamin aşkar edilib.Füzuli rayonunda həyata keçirilən əməliyyat zamanı isə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilən külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb. Əməliyyat zamanı rayonun Böyük Bəhmənli kənd sakini Xalid Məmmədov saxlanılıb. Onun əlindəki bağlamadan və yaşadığı kənddə gizlətdiyi yerdən ümumi çəkisi 5 kiloqramdan artıq heroin, marixuana və 1 kiloqrama yaxın metamfetamin aşkar edilib.
Goranboy rayonunda həyata keçirilən növbəti əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər də eyni əməllərə görə dəfələrlə məhkum olunmuş Tərtər rayon sakinləri Sabir Məmmədov, Dağlar Misirov və Elçin Məmmədov saxlanılıblar. Sonuncunun idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 10 kiloqram 450 qram olan marixuana aşkar edilib. Bu şəxslər ifadələrində marixuananı satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Baş İdarə əməkdaşlarının Yasamal rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə əvvələr məhkum olunmuş Əlimurad Abdurəhmanov narkotiklərin onlayn yolla qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 38 qram heroin, 5 qram metamfetamin,narkotik vasitələrin satışı zamanı istifadə etdiyi 2 ədəd plastik kart aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Əlimurad Abdurəhmanovun yaşadığı evdən 2 kiloqram 725 qram heroin, 2 kiloqram 490 qram metamfetamin, 2 kiloqram 80 qram marixuana, 44 ədəd ekstazi həbi və 1 ədəd elektron tərəzi aşkar edilib.Qeyd edək ki, Əlimurad Abdurəhmanov Bakı şəhərində onlayn yolla narkotik vasitələrin satışını təşkil edən şəxslərdən biri olub və o, ifadəsində etdiyi əməli etiraf edib.Binəqədi rayonunda həyata keçirilən əməliyyat zamanı Cəlilabad rayon sakini Elşad Əliyev saxlanılıb. Onun üzərindən və Binəqədi rayonunda yerləşən evindən isə ümümilikdə 1 kiloqram 180 qram heroin, metamfetamin və elektron tərəzi aşkar edilib.Abşeron və Nəsimi rayonlarında həyata keçirilən digər əməliyyatlar zamanı da narkotik vasitələrin, xüsusən psixotrop maddə olan metamfetaminin satışını ilə məşğul olan 3 nəfər saxlanılıb. Xırdalan şəhərində baş tutan əməliyyat zamanı Novruz Baxşıyevdən ümumi çəkisi 1 kiloqram 775 qram olan metamfetamin və heroin aşkar olunub. Nəsimi rayonunda keçirilən əməliyyatlar zamanı isə Akif Süleymanov və Rasim Hüseynov saxlanılıblar. Bu şəxslərdən də psixotrop maddə olan metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb.Sonuncu əməliyyatlar zamanı ümumilikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 14 nəfər məsuliyyətə cəlb edilib və qanunsuz dövriyyədən 27 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

11-08-2021, 10:37 224

Digər xəbərlər

Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi – Dünya çempionu 21 ildən sonra antirekord yaşadı

Sumqayıt liseylərinə və gimnaziyaya qəbul olmaq istəyənlər üçün vacib xəbər

Dünya Seriyasının Sumqayıt mərhələsinə start verilir

Abşeronda azyaşlının ölümü ilə nəticələnən qəza

Çimərliyə gedənlərin diqqətinə: Sabah külək güclənəcək

Sumqayıtda sabah təkrar imtahan keçiriləcək

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Bu gün, 14:58
Bu gün, 14:56
Bu gün, 14:50
Bu gün, 14:41
Bu gün, 14:38
Bu gün, 14:31
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
1 2 3 4 5 6 7 8 9 10 ... 1065