Sumqayıtda stadionda ölüm hadisəsi baş verib.
Sumqayit.tv xəbər verir ki, hadisə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qeydə alınıb.
Stadionun texniki işçisi, 1999-cu il təvəllüdlü Cəmil Hətəmxanovun halı iş yerində qəfil pisləşib. O, elə iş otağında dünyasını dəyişib.
İlkin ehtimala görə, C.Hətəmxanov işdə olarkən infarkt keçirib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, iki həftə əvvəl Sumqayıtda Spartak İdman Kompleksinin futbol meydançasında 2003-cü il təvəllüdlü Əliyev Müsü Etibar oğlu futbol oynayarkən qəfil halı pisləşərək dünyasını dəyişmişdi.
/Oxu.az





Bu gün, 15:27
7


















