Hadisə şəhərin Məhəmməd Əsədov küçəsində qeydə alınıb.
Sumqayit.tv-in məlumatına görə, idarəetmədən çıxan “Chevrolet Cobalt” markalı minik avtomobili aşıb. Qəza zamanı nəqliyyat vasitəsi yol kənarındakı işıq dirəyinə və yol nişanına çırpılıb. Zərbənin təsirindən infrastruktur obyektlərinə də ciddi ziyan dəyib.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır.