
Sumqayıtda yanğın hadisəsi baş verib.
Sumqayit.tv-yə verilən məlumata görə, hadisə şəhərin 12-ci mikrorayon ərazisində yerləşən şəhid ailələri və qazilər üçün inşa edilmiş yaşayış binasında qeydə alınıb.
Bildirilib ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğının qarşısı operativ şəkildə alınıb.
İlkin məlumata əsasən, yanğına səbəb paltaryuyan maşında baş verən nasazlıq olub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bu gün, 09:03
5