
Sumqayıtda şəhərində kişi meyiti aşkarlanıb.
Sumqayit.tv xəbər verir ki, hadisə şəhərin Xəzər bağları yaşayış massivində yerləşən fərdi evlərdən birində qeydə alınıb.
Həmin ünvanda yaşayan 1961-ci il təvəllüdlü Zeynalov Zeynal Alı oğlunun meyiti aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Meyitə baxış keçirildikdən sonra aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır. /Teleqraf.az
Bu gün, 09:58
3