Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı
Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Sumqayit.tv xəbər verid ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, şəhər sakini azyaşlı övladına qarşı soyğunçuluq edilməsi ilə bağlı polisə müraciət edib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı S.Rzayev saxlanılıb.
Araşdırma zamanı onun Sumqayıt şəhərində yerləşən evlərdən birinin qarşısından velosiped oğurladığı da müəyyən edilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Bu gün, 13:10
12