Spirtli içkilərin istehsalı müəssisədə ciddi nöqsanlar aşkarlanıb


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə istehsal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Sumqayit.tv
xəbər verir ki, Agentlik əməkdaşları Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən “Qara-Çanaq” müəssisəsində yoxlama keçirib. Yoxlama zamanı bəzi məhsulların etiket məlumatlarında “Alfa” tipli etil spirtindən istifadə edildiyi qeyd olunsa da, “Lyuks” və 1-ci növ rektifikasiya olunmuş etil spirtindən istifadə olunduğu, “Московские вечер”, “Славянская” və “Захара” nişanlı alkoqollu içkilərin etiket məlumatlarında istehsal tarixinin qeyd olunmadığı, məhsulların üzərində qeyd olunmasına baxmayaraq, osmos üsulu ilə təmizlənmiş su və təbii baldan istifadə edilmədiyi, həmçinin sanitariya norma qaydalarına və gigiyena normativlərinin tələblərinə əməl olunmadığı aşkar edilib. Belə ki, arağın süzməyə hazırlanması zamanı butulkaların su-spirt qarışığı ilə yuyulub təmizlənməsi sahəsinin təşkil olunmadığı, istehsalatda istifadə olunan suyun məhsulun hazırlanmasından öncə yumşaldılmadığı və birbaşa spirtlə qarışdırılıb müxtəlif nişanlı butulkalara doldurulduğu, su və spirtin çənlərə, qablaşdırma sahəsinə ötürülməsi zamanı plastik borulardan istifadə edildiyi, istehsalat sahəsində divar və döşəmələrin tamlığının pozulduğu və asan yuyulub təmizlənə bilən materialla üzlənmədiyi, giriş-çıxışda dezbaryerin quraşdırılmadığı, məhsulların eyni sahədə, natəmiz şəraitdə hazırlandığı, mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin həyata keçirilmədiyi müəyyən olunub.
Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar inzibati məsuliyyətə cəlb edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam edir.

24-12-2021, 13:52 184

Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

Sumqayıt şəhər rəhbəri sakinlərlə səyyar görüş keçirib-FOTO/VİDEO

Sumqayıtda avtobus dayanacağında marşrut lövhəsi aşıb-FOTO\VİDEO

Polisdə işləmək istəyənlər üçün yeni vakansiya – ŞƏRTLƏR AÇIQLANDI

Sumqayıt məhkəməsindən bıçaqlama işi ilə bağlı QƏRAR

Sumqayıtda məşhur istirahət mərkəzində ölüm

Yaxın 10-20 ildə Xəzərlə bağlı real addımlar atılmasa, region ekoloji böhranla üzləşə bilər - MÜSAHİBƏ

Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq

Sumqayıtda qamışlıq ərazidə yanğın baş verib

“Sumqayıt” – “Neftçi” oyunundakı qalmaqalla bağlı QƏRAR

Sakinlər 12A nömrəli marşrutdan narazıdır: “Avtobusu dayanacaqlarda uzun müddət gözləyirik”

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 20:53
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
19-08-2026, 12:55
19-08-2026, 12:19
19-08-2026, 11:32
19-08-2026, 11:17
18-08-2026, 23:16
18-08-2026, 18:42
18-08-2026, 15:30
18-08-2026, 13:57
18-08-2026, 13:26
18-08-2026, 12:49
1 2 3 4 5 6 7 8 9 10 ... 1101