Yanvarın 22-də saat 18 radələrində metronun "Sahil" stansiyasında qatarda bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə alan şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Həmidov olması, bir gün əvvəl metronun "Koroğlu" stansiyasında qatarda başqa bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə alması da müəyyən edilmişdir.
Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.