Sumqayıtda azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb.Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qurumdan verilən məlumata görə, "112” qaynar telefon xəttinə azyaşlı uşağın bağlı qapı arxasında qalması haqda xəbər daxil olub. Dərhal çağırış ünvanına xilasedicilər cəlb edilib. Onlar mənzilin giriş qapısını açaraq, nəzarətsiz qalmış uşağı xilas edə biliblər.