Sumqayıt sakini uşaq bağçasının seyfindən 1000 manat oğurlayıb


Bakıda uşaq bağçalarından silsilə oğurluqlar edən şəxslər saxlanılıb.

DİN Mətbuat xidmətindən Sumqayit.tv-yə  verilən məlumata görə, yanvarın 22-də Binəqədi rayonunda yerləşən uşaq bağçalarından birindən oğurluq edilib. Naməlum şəxslər bağçaya ümumilikdə 5 min manata yaxın maddi ziyan vurublar. 
Oğurluq etməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər Xaçmaz rayon sakini Elturan Vəlibəyov və Sumqayıt  şəhər sakini Vaqif Səfərov saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, Elturan Vəlibəyov və Vaqif Səfərov cəzaçəkmə müəssisəsində tanış olublar.
Onlar hadisə günü qeyd edilən bağçaya daxil olaraq otaqlardan birində olan seyfi sındıraraq oradan 1000 manat nağd pul, 1 ədəd televizor, uşaq bağçası üçün nəzərdə tutulan müxtəlif növ məişət avadanlıqlarını və yeyinti məhsullarını oğurlayıblar. Daha sonra həmin şəxslər oğurladıqları əşyaları Vaqif Səfərovun Sumqayıt şəhərində yerləşən mənzilinə aparıblar. Oğurlanan əşyaların bir qismi həmin mənzildən aşkar olunaraq maddi sübut kimi götürülüb.
Qeyd edək ki, Elturan Vəlibəyov və Vaqif Səfərovun bağçadan oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Saxlanılan şəxslər ifadələrində paytaxtın Xətai və Nəsimi rayonlarında da uşaq bağçalarından oğurluqlar etdiklərini etiraf ediblər.
kameraları vasitəsi ilə də lentə alınıb. Saxlanılan şəxslər ifadələrində paytaxtın Xətai və Nəsimi rayonlarında da uşaq bağçalarından oğurluqlar etdiklərini etiraf ediblər.












28-01-2022, 11:55 145

Digər xəbərlər

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 18:30
Bu gün, 18:28
Bu gün, 16:23
Bu gün, 15:19
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
1 2 3 4 5 6 7 8 9 10 ... 1064