Şuşa yaxınlığında tutulan erməni: “Nəsə cinayət törətmişəmsə Allah cəzamı versin...”


Casusluqda, silahlı birləşmə yaratmaqda, dövlət sərhəddini qanunsuz  keçməkdə ittiham edilən iki Ermənistan vətəndaşı -  Davit Davtyan və Gevorq Sujyanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Sumqayit.tv
Virtualaz.org-a istinədən xəbər verir ki, bu günkü prosesdə şahid qismində "N" saylı hərbi hissədə xidmətdə olan hərbçi Vidadi Orucəliyev ifadə verib. Şahidin ifadəsinə görə, 2020-ci il noyabrın 11-də, yəni Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatın imzalanmasından bir gün sonra Şuşa yaxınlığında digər hərbçi yoldaşları ilə birlikdə xidmət apararkən iki nəfər mülki geyimli şəxsin ətrafı  müşahidə etdiyini görüblər.

Şahid daha sonra bildirib: “Onların Azərbaycan nəzarətində olan ərazilərə nə məqsədlə gəldiklərini öyrənmək üçün hər ikisini saxlamaq qərarına gəldik. Uzaqdan səslənərək yerində dayanmağı əmr etdik. Əvvəlcə qaçıb gizlənmək istədilər, sonra yaxınlıqda olduğumuzu görüb dayandılar. Onları sorğu-sual etdik, özlərini təqdim etmələrini tələb etdik. Bizi başa düşməyib rusca "çto?" dedilər. Biz də rusca özlərini təqdim etməli olduqlarını bildirdik. Biri şəxsiyyət vəsiqəsi, digəri pasport təqdim etdi. Burada nə iş gördüklərini, nə üçün Şuşaya daxil olduqlarını, yeni qurulan mövqelərimizi nədən müşahidə etdiklərini soruşanda  cavab verə bilmədilər, suallardan yayındılar, özlərini müdafiə etməyə başladılar..."
V.Orucəliyev daha sonra deyib ki, hər iki şəxsin özlərini şübhəli aparmaları, Azərbaycan nəzarətində olan mövqelərdə müşahidə aparmaları barədə səlahiyyətli şəxslərə məruzə ediblər və onları müvafiq dövlət strukturunun əməkdaşlarına təhvil veriblər.

Şahid həmçinin qeyd edib ki, hər iki şəxs saxlanılarkən onlardan hümanitar yardım aşkarlanmayıb. Bildirib ki, təqsirləndirilən şəxslər saxlanılan yerdən Xankəndi şəhərinə yol yoxdur. Ona görə də onların Xankəndinə yardım aparmaq istədikləri haqda dedikləri düz deyil.  (Təqsirləndirilən şəxslər məhkəməyə verdikləri ifadələrində guya Xankəndinə humanitar yardım apararkən saxlanıldıqlarını deyiblər -red.)
Hakim bildirib ki, digər şahid, polkovnik-leytenant Vüqar Abdullayevin xidməti ezamiyyətdə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyi haqda məhkəməyə sənəd təqdim olunub. Sənəd "N" saylı hərbi hissənin komandiri tərəfindən göndərilib. Orada deyilir ki, şahid xidməti vəzifəsi ilə əlaqədar ezamiyyətdədir,  məhkəmə iclasında yaxın vaxtlarda iştirak edə bilməyəcək. Sənəddən görünür ki, şahid ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Məlum olub ki, şahid Vüqar Abdullayev də istintaqa anoloji ifadə verib.

Hakim daha sonra cinayət işində olan sübutların araşdırılması mərhələsinin başlandığını elan edib. Bundan sonra işdə olan sənədlər açıqlanıb. Açıqlanan sənədlərdən görünür ki, təqsirləndirilən şəxslərin hər ikisi Qarabağda gedən döyüşlərdə, hərbi əməliyyatlarda iştirak ediblər.
Cinayət işinin sosial şəbəkəyə baxış keçirilməsi protokolundan görünür ki, üzərində “Gevorq Sujyan” yazılmış diskdə 7 ədəd fotoşəkil aşkarlanıb. Fotoların birində Sujyan əlində snayper tüfəngi, digərlərində isə Davitlə birgə əllərində avtomat silahlarla hərbi geyimdə yer alır. Təqsirləndirilən şəxslər guya bu fotoları hərbi xidmət zamanı çəkdirdiklərini desələr də onların dedikləri qəbul edilməyib.

Daha sonra Sujyan üzünü hakimə tutub "Məni bağışlamağınızı xahiş edirəm" deyib. Davit Davtyan da bağışlanmağını istəyib və bildirib: "Mən də hamıdan üzr istəyirəm, hansısa cinayət törətmişəmsə Allah mənim cəzamı versin. Hər kəsə cansağlığı arzulayıram...”
Məhkəmə istintaqı tamamlanıb. Çıxış etmık üçün dövlət ittihamçısəna söz verilib.  Dövlət ittihamçısı Cövdət Mehrəliyev təqsirləndirilən Gevorq Sujyanın və Davit Davtyanın ilk 5 ilini həbsxanda, yerdə qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə hər ikisinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzaları bitdikdən sonra Azərbaycan hüddlarından kənara məcburi çıxarılmasını istəyib

28-07-2021, 13:07 158

Digər xəbərlər

Real Madrid – Barcelona oyunu

Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda yol qəzasında xəsarət alan yeniyetmələrin sayı 6-ya çatıb - YENİLƏNİB

Tramp Putinlə "görüş qapısı"nı tamamilə qapadır: ABŞ indi artıq Rusiyanın məğlub olmasını istəyir

Türkiyədə zəlzələ baş verib

Tramp Putinə Azərbaycandan danışıbmış: Dialoqunun təfərrüatı açıqlandı

Noyabr ayının ən şanslı 4 BÜRCÜ açıqlandı! Pul, eşq və karyera...

Prezident İlham Əliyev avstriyalı həmkarını təbrik edib

Xanbulan gölünün ətrafındakı iaşə obyektləri BAĞLANDI - SƏBƏBVİDEO

Putin nüvə ilə dünyanı hədələyir – “Burevestnik” sınağı Kreml strategiyasında yeni mərhələ kimi

Günay Ağamalı qurultayda baş verənlərlə bağlı bəyanat YAYDI

Türkiyənin "qırmızı bülleten"lə axtardığı doqquz nəfər ölkəyə ekstradisiya olunub

Sarayda avtomobil məktəblini vurdu ölən var

Sumqayıtlı rektorun rəhbərlik etdiyi MDU regionun ən böyük Universitet–Sənaye Sammitinə ev sahibliyi etdi

Vətən Müharibəsi Qəhrəmanının qızı şəhər birinciliyində qızıl medal qazandı

Sumqayıtda kişi yaşadığı evdə ölü halda tapılıb

Sumqayıtda yol qəzası: avtomobil yanıb, 3 nəfər xəsarət alıb

İsrail “Hizbullah”ın məşhur komandirini ÖLDÜRDÜ

Bazar gününün şanslı bürcləri açıqlandı

“Ana Vətən” belə dağıldı: Ata, oğul və qız adına… – Qurultaydan ANBAAN VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 975
Dünən, 22:02
Dünən, 21:44
Dünən, 20:30
Dünən, 16:29
Dünən, 16:22
Dünən, 16:17
Dünən, 16:15
Dünən, 15:58
Dünən, 15:47
Dünən, 15:45
Dünən, 15:40
Dünən, 15:33
Dünən, 15:17
Dünən, 13:44
Dünən, 13:20
Dünən, 13:15
Dünən, 13:03
25-10-2025, 21:43
25-10-2025, 21:39
25-10-2025, 21:34
25-10-2025, 21:24
25-10-2025, 20:25
25-10-2025, 20:15
25-10-2025, 19:58
25-10-2025, 17:39
25-10-2025, 17:29
25-10-2025, 17:20
25-10-2025, 12:07
25-10-2025, 11:49
24-10-2025, 18:01
24-10-2025, 12:58
24-10-2025, 12:25
24-10-2025, 12:09
24-10-2025, 11:58
24-10-2025, 11:39
24-10-2025, 09:32
23-10-2025, 21:59
23-10-2025, 15:50
23-10-2025, 10:22
23-10-2025, 10:16
1 2 3 4 5 6 7 8 9 10 ... 975