Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən "Bəyaz gecələr" (Belıye noçi) otelinin qarşısında kütləvi dava olub.
Sumqayit.tv xəbər verir ki, kütləvi davada 300 nəfərin iştirak etdiyi bildirilir.
Hadisə iştirakçılarının əksəriyyətinin Özbəkistandan gələn miqrantlar və çeçen əsilli Rusiya vətəndaşları olduğu bildirilir.
Qeyd olunub ki, insident səhər saatlarında baş verib. Tərəflər arasında baş verən qarşıdurma nəticəsində xəsarət alanların olduğu bildirilir.
Son məlumata əsasən, polis 70 nəfəri saxlayıb. İnsidentin təfərrüatları araşdırılır.