Bakıda oğurluq edən narkomanların anban kamera görüntüləri-VİDEO

Bakıda "patı" istifadəçiləri marketdən oğurluq etdilər- VİDEO

Polis əməkdaşları tərəfindən Yasamal rayonunda narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı, həmçinin oğurluqla məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sumqayit.tv-yə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər tutulub.
Belə ki, əməliyyat zamanı əvvəlcə paytaxt sakinləri Fərhad Sadıqov, Taleh Baxşəliyev və Əjdər Məmmədov saxlanılaraq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında psixotrop maddə olan metamfetamindən istifadə etməklə yanaşı qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını da etiraf ediblər.
Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı isə rayon ərazisində yerləşən marketlərdən birindən müştərinin içərisində 890 manat və 100 dollar olan əl çantasını oğurlayan Yeganə Qurbanova, həmçinin tanışı Nicat Musayev də saxlanılıb. Şəxsi axtarış zamanı Nicat Musayevdən heroin və metamfetamin də aşkar edilib. Nicat Musayev ifadəsində narkotik maddələr əldə etmək üçün oğurluq etdikləri bildiriblər.
Qeyd edək ki, Yeganə Qurbanova və Nicat Musayevin marketdən oğurluq etməsi obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. Faktlarla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib və adları sadalanan şəxslər istintaqa cəlb olunublar. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.


6-08-2021, 10:04 223

Digər xəbərlər

Real Madrid – Barcelona oyunu

Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda yol qəzasında xəsarət alan yeniyetmələrin sayı 6-ya çatıb - YENİLƏNİB

Tramp Putinlə "görüş qapısı"nı tamamilə qapadır: ABŞ indi artıq Rusiyanın məğlub olmasını istəyir

Türkiyədə zəlzələ baş verib

Tramp Putinə Azərbaycandan danışıbmış: Dialoqunun təfərrüatı açıqlandı

Noyabr ayının ən şanslı 4 BÜRCÜ açıqlandı! Pul, eşq və karyera...

Prezident İlham Əliyev avstriyalı həmkarını təbrik edib

Xanbulan gölünün ətrafındakı iaşə obyektləri BAĞLANDI - SƏBƏBVİDEO

Putin nüvə ilə dünyanı hədələyir – “Burevestnik” sınağı Kreml strategiyasında yeni mərhələ kimi

Günay Ağamalı qurultayda baş verənlərlə bağlı bəyanat YAYDI

Türkiyənin "qırmızı bülleten"lə axtardığı doqquz nəfər ölkəyə ekstradisiya olunub

Sarayda avtomobil məktəblini vurdu ölən var

Sumqayıtlı rektorun rəhbərlik etdiyi MDU regionun ən böyük Universitet–Sənaye Sammitinə ev sahibliyi etdi

Vətən Müharibəsi Qəhrəmanının qızı şəhər birinciliyində qızıl medal qazandı

Sumqayıtda kişi yaşadığı evdə ölü halda tapılıb

Sumqayıtda yol qəzası: avtomobil yanıb, 3 nəfər xəsarət alıb

İsrail “Hizbullah”ın məşhur komandirini ÖLDÜRDÜ

Bazar gününün şanslı bürcləri açıqlandı

“Ana Vətən” belə dağıldı: Ata, oğul və qız adına… – Qurultaydan ANBAAN VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 975
Dünən, 22:02
Dünən, 21:44
Dünən, 20:30
Dünən, 16:29
Dünən, 16:22
Dünən, 16:17
Dünən, 16:15
Dünən, 15:58
Dünən, 15:47
Dünən, 15:45
Dünən, 15:40
Dünən, 15:33
Dünən, 15:17
Dünən, 13:44
Dünən, 13:20
Dünən, 13:15
Dünən, 13:03
25-10-2025, 21:43
25-10-2025, 21:39
25-10-2025, 21:34
25-10-2025, 21:24
25-10-2025, 20:25
25-10-2025, 20:15
25-10-2025, 19:58
25-10-2025, 17:39
25-10-2025, 17:29
25-10-2025, 17:20
25-10-2025, 12:07
25-10-2025, 11:49
24-10-2025, 18:01
24-10-2025, 12:58
24-10-2025, 12:25
24-10-2025, 12:09
24-10-2025, 11:58
24-10-2025, 11:39
24-10-2025, 09:32
23-10-2025, 21:59
23-10-2025, 15:50
23-10-2025, 10:22
23-10-2025, 10:16
1 2 3 4 5 6 7 8 9 10 ... 975