Avropa Liqasının qrup mərhələsində “Frayburq”la qarşılaşacaq “Qarabağ” səfərə yollanıb.
Frayburq şəhərində hava limanı olmadığından Ağdam təmsilçisini aparan təyyarə əvvəlcədən nəzərdə tutulduğu kimi İsveçrənin Bazel şəhərinə eniş edib.
Oradan isə komanda 60 km. məsafədə yerləşən Frayburqa yola düşüb.
Qeyd edək ki, “Frayburq”la matç sentyabrın 8-də keçiriləcək. Ağdam klubu Bakıya oyunun ertəsi günü, sentyabrın 9-da qayıdacaq.