Azərbaycanın yunan-Roma güləşçisi Kənan Abdullazadə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında qızıl medal qazanıb.
Sumqayit.tv xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici dueldə gürcüstanlı Nika Broladze ilə üz-üzə gəlib. Rəqibini 4:1 hesabı ilə yenən Abdullazadə dünya çempionu olub.