İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktor vəzifəsini icra edən Matsey Popovski arasında görüş keçirilmişdir. Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb.