Sumqayıtda şəhidin anım günü keçirilib-FOTOLAR


Yaşasaydı bu gün 33-cü doğum gününü qeyd edəcəkdi.
Söhbət İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Vüsal Tahir oğlu Allahverdiyevdən gedir. 
Sumqayit.tv-in məlumatına görə, Vüsal Allahverdiyevin ad günü şəhidin Sumqayıt Şəhidlər Xiyabanında məzarı önündə yaxınlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə qeyd olunub. 
Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Anım tədbirində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan  danışılıb, həyatları bahasına torpaqlarımızı işğalçılardan azad etdiyi qeyd edilib. 
Tədbirdə şəhid Vüsal Allahverdiyevin göstərdiyi qəhrəmanlıqdan söz açılıb, keçdiyi həyat yoluna nəzər salınıb. 
Çıxış edənlər vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildiriblər.
Şəhidin doğum günündə təhsil aldığı məktəbin şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər söyləyiblər.
Qeyd edək ki, Vüsal Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində həmin ilin 1 oktyabr tarixindən könüllü olaraq iştirak edib.  Füzulinin, Cəbrayılın və Xocavəndin azad edilməsi uğrunda və Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə vuruşub. 30 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub, Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Vüsal Allahverdiyev ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.



16-08-2021, 16:28 427

Digər xəbərlər

Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda yol qəzasında xəsarət alan yeniyetmələrin sayı 6-ya çatıb - YENİLƏNİB

Tramp Putinlə "görüş qapısı"nı tamamilə qapadır: ABŞ indi artıq Rusiyanın məğlub olmasını istəyir

Türkiyədə zəlzələ baş verib

Tramp Putinə Azərbaycandan danışıbmış: Dialoqunun təfərrüatı açıqlandı

Noyabr ayının ən şanslı 4 BÜRCÜ açıqlandı! Pul, eşq və karyera...

Prezident İlham Əliyev avstriyalı həmkarını təbrik edib

Xanbulan gölünün ətrafındakı iaşə obyektləri BAĞLANDI - SƏBƏBVİDEO

Putin nüvə ilə dünyanı hədələyir – “Burevestnik” sınağı Kreml strategiyasında yeni mərhələ kimi

Günay Ağamalı qurultayda baş verənlərlə bağlı bəyanat YAYDI

Türkiyənin "qırmızı bülleten"lə axtardığı doqquz nəfər ölkəyə ekstradisiya olunub

Sarayda avtomobil məktəblini vurdu ölən var

Sumqayıtlı rektorun rəhbərlik etdiyi MDU regionun ən böyük Universitet–Sənaye Sammitinə ev sahibliyi etdi

Vətən Müharibəsi Qəhrəmanının qızı şəhər birinciliyində qızıl medal qazandı

Sumqayıtda kişi yaşadığı evdə ölü halda tapılıb

Sumqayıtda yol qəzası: avtomobil yanıb, 3 nəfər xəsarət alıb

İsrail “Hizbullah”ın məşhur komandirini ÖLDÜRDÜ

Bazar gününün şanslı bürcləri açıqlandı

“Ana Vətən” belə dağıldı: Ata, oğul və qız adına… – Qurultaydan ANBAAN VİDEO

Sumqayıtda sakinləri narahat edən şikayətlər araşdırılıb – Zakir Fərəcov ərazidə olub  

1 2 3 4 5 6 7 8 9 10 ... 975
Bu gün, 21:44
Bu gün, 20:30
Bu gün, 16:29
Bu gün, 16:22
Bu gün, 16:17
Bu gün, 16:15
Bu gün, 15:58
Bu gün, 15:47
Bu gün, 15:45
Bu gün, 15:40
Bu gün, 15:33
Bu gün, 15:17
Bu gün, 13:44
Bu gün, 13:20
Bu gün, 13:15
Bu gün, 13:03
Dünən, 21:43
Dünən, 21:39
Dünən, 21:34
Dünən, 21:24
Dünən, 20:25
Dünən, 20:15
Dünən, 19:58
Dünən, 17:39
Dünən, 17:29
Dünən, 17:20
Dünən, 12:07
Dünən, 11:49
24-10-2025, 18:01
24-10-2025, 12:58
24-10-2025, 12:25
24-10-2025, 12:09
24-10-2025, 11:58
24-10-2025, 11:39
24-10-2025, 09:32
23-10-2025, 21:59
23-10-2025, 15:50
23-10-2025, 10:22
23-10-2025, 10:16
23-10-2025, 10:04
1 2 3 4 5 6 7 8 9 10 ... 975