Ütülü cavabların Sumqayıtda dərinləşdirdiyi avtobus problemi


Sumqayıtda öz həllini tapmayan bir sıra məsələlər var. Problem nə birdir, nə iki. Şəhər sakinlərini ən çox narazı salan problemlərdən biri də marşrut xətlərində xidmət göstərən (əgər buna xidmət demək mümkündürsə-red) avtobuslarla bağlıdır. 
Sumqayit.tv olaraq dəfələrlə şəhərdaxili marşrutlarla bağlı sakinlərin şikayətlərini işıqlandırmışıq. Hətta, məsələyə tam aydınlıq gətirilməsi üçün müvafiq qurumlarla əlaqələr yaratmışıq. Hər dəfə də verilən cavablar ütülü olub. "Məsələdən xəbərdarıq, nəzarət edirik, tədbirlər həyata keçirilir, yaxın zamanlarda nöqsanlar aradan qaldırılacaq və.s".
Yaranmış vəziyyət deməyə əsas verir ki, zamanında qaldırdığımız məsələlər öz həllini tapmaq əvəzinə, daha da dərinləşib. Əgər belə olmasaydı redaksiyamıza yenidən sözügedən məsələ ilə bağlı şikayətlər daxil olmazdı.
Belə ki, şəhər sakinləri yenə də 2, 4, 5, 7, 10, 12A, 25, 30 və 33 saylı marşrut xətlərindən narazıdırlar. Narazılıq interval gecikmələri ilə yanaşı sürücülərin göstərilən sürət həddini aşmaları, yaranan mənzərəyə sərnişinlər tərəfindən etiraz edildikdə isə sakinlərə kobud cavab vermələri, dayanacaqlardan kənarda harda gəldi avtobusları saxlamaları və nəticədə insan həyatı üçün təhlükələrin meydana gəlməsinə rəvac verən hallarla bağlıdır.
Redaksiyamıza daxil olan şikayətləri nəzərə alıb, yenidən aidiyyatı qurumlarla əlaqə yaradıb onlardan yaranmış vəziyyətlə bağlı “Tərəfinizdən hansı tədbirlər həyata keçrilir?” sualına cavab almaq istədik.

İlk olaraq Sumqayıt şəhər Nəqliyyat Departamentinin rəis müavini Tofiq Saydumov ilə əlaqə saxlamağa çalışdıq. Whatsapp üzərindən müavinə ünvanladığımız sual təəssüflər olsun ki, cavabsız qaldı.
Xatırladaq ki, əvvəllər Tofiq Saydumov sumqayit.tv-in əməkdaşlarının suallarını bir neçə dəfə cavablandırsada, son aylar nə zənglərimizə nə də whatsapp mesajlarımıza cavab vermir. Bu da ondan xəbər verir ki, Tofiq müəllim ya işinin öhtəsindən gələ bilmir, ya da bizim suallarımıza şablon cavab verməkdən yorulub, yaxud da utanır. Sumqayıt Nəqliyyat Departamentindən cavab ala bilmədiyimiz üçün məcbur qalıb digər quruma, Sumqayıt şəhər İcra Hakimiyyətinə sualımızı  ünvanladıq. 

İcra sözcüsü Eyvaz Qocayev bildirdi ki, "Son illər Sumqayıt şəhərində əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması istiqamətində mühim tədbirlər həyata keçirilib. Ötən dövr ərzində 200-dən çox Türkiyə istehsalı olan, müasir tələblərə cavab verən avtobuslar şəhərimizə gətirilərək marşrut xətlərinə buraxılıb. Gələcəkdə marşurut xətlərindəki avtobusların yenilənməsi, intervalların azaldılması, yeni marşrut xətlərinin yaradılması istiqamətində tədbirlər davam etdiriləcək. Sumqayıt şəhərində fəaliyyət göstərən marşurutlarda mövcud problemlərin araşdırılması və həlli məqsədi ilə gündəlik olaraq monitorinq həyata keçirilir. Nöqsanların aradan qaldırılması üçün Sumqayıt şəhər Nəqliyyat idarəsinə məlumat verilir və tədbirlər görülür. Bir neçə il öncə ümumiyyətlə avtobuslar yox idi, köhnə idi. Hər halda zaman-zaman düzələcək".

Vəsiqə DADAŞOVA 

19-01-2023, 14:30 342

Digər xəbərlər

Messidən tarixi rekord: Dünya çempionatının qrup mərhələsini 6 qolla başa vurdu

SEPAH-dan ABŞ-a yeni cavab: Küveyt və Bəhreyndəki bazalar vurulub

DÇ-2026: Pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 189 illiyi tamam olur

Messinin komandası vəsiqəni təmin etdi, Ronaldonun taleyi bu gecə həll olunacaq

Rusiyadan Ermənistana buğda Azərbaycandan tranzit daşınacaq

Sumqayıtda sakinlərin nəqliyyat problemi: "21 ildir marşrut görməmişik"-VİDEO

Trampdan gözlənilməz addım: Putinlə əldə olunan razılaşmalar ləğv oluna bilər

Keffel Resende: "Sumqayıt"a tez uyğunlaşdım və komandama fayda verdim"

Necə oldu ki, “Gənclər şəhəri” Sumqayıt ölkənin "ən qoca şəhəri"nə çevrildi? (PARADOKS)

Türkiyəli deputat: “AŞPA-da hər zaman Azərbaycanın yanındayıq” — Özəl açıqlama-VİDEO

Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

"Heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz" – Səbinə Salmanova

Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

Sumqayıtda Çerkassi küçəsində antisanitar vəziyyət: Sakinlər şikayət edir – VİDEO/FOTO

Sumqayıtda Hidayət Orucovun əziz xatirəsi ehtiramla yad edilib -VİDEO/FOTO

Sumqayıt bulvarında Silahlı Qüvvələr Günü münasibətilə möhtəşəm hərbi yürüş keçirilib – FOTO

İzmirdə Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş anım proqramı keçirilib-FOTOLAR

26 İyun – Gücün, Qürurun və Qələbənin simvolu

Təlimçi kimi yetişdirdi, imtahanda birlikdə uğur qazandı: Murad müəllimin nümunəvi nəticəsi

1 2 3 4 5 6 7 8 9 10 ... 1068
Bu gün, 11:11
Bu gün, 10:14
Bu gün, 09:50
Bu gün, 09:44
Dünən, 23:41
Dünən, 23:36
Dünən, 23:28
Dünən, 23:27
Dünən, 20:24
Dünən, 16:08
26-06-2026, 22:22
26-06-2026, 19:35
26-06-2026, 15:32
26-06-2026, 14:18
26-06-2026, 13:55
26-06-2026, 12:27
26-06-2026, 12:05
26-06-2026, 09:58
26-06-2026, 09:53
25-06-2026, 19:38
25-06-2026, 16:55
25-06-2026, 14:05
25-06-2026, 10:27
25-06-2026, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
23-06-2026, 15:45
23-06-2026, 15:23
23-06-2026, 15:21
23-06-2026, 13:08
23-06-2026, 10:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1068