Sumqayıt Məhkəməsinin hakimi: "Tarixi Zəfərimiz xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsidir"




Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan son üç ildə tarixi Zəfəri, eyni zamanda, bu Qələbənin yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi hər bir sahədə qazanılan uğurların fonunda tarixi Zəfərimizə gedən yolu təhlil etmək imkanı qazandırır. Çoxəsrlik tariximizə Zəfər Gününü yazan 8 noyabr 2020-ci il tarixinin Azərbaycanın bu günü və gələcəyi üçün yaratıdığı imkanlardan bəhs edərkən hər birimiz böyük qürur hissi keçiririk.
Azərbaycan bu şanlı Zəfəri ilə 30 ilə yaxın işğal altında qalan torpaqları azad edərək soydaşlarımızın torpaq həsrətinə son qoymaqla yanaşı, 28 il kağız üzərində saralan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına icra etdi. Azərbaycan qalibiyyəti ilə sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var, sadəcə bu prinsiplər zamana və məkana görə tətbiq edilir. Yəni qətnamələrin icrası üçün vahid mexanizm yoxdur. İkili standartlara əsaslanan siyasətin hökm sürdüyü dünyada hüquq problem yaşanır. BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin hazırlanmasında və qəbulunda iştirak edən dövlətlərin hazırda tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq bu sənədlərin icrasına dırnaqarası baxması, Ermənistana dəstək məqsədilə işğalçının adının çəkilməsinin münaqişənin həllinə mane olmasını söyləməklə seyrçi mövqedə dayanmaları, məsuliyyəti tərəflərin özünün üzərinə qoyaraq bununla da missiyyalarını bitmiş hesab etmələri sonda 44 günlük İkinci Qarabağ müüharibəsinin yaşanmasına gətirib çıxardı.
Azərbaycan 30 ilə yaxın dövrdə dünyadan ədalət gözlədi. Kiçik dövlətlərə beynəlxalq hüquq dərsi keçən bəzi dünya gücləri özlərinə və havadarlıq etdikləri Ermənistana gəldikdə sanki bu prinsiplərin mövcud olmadığını düşünür, diqqəti yayındırmaq üçün əsassız fikirlər səsləndirdilər. 30 ilə yaxın işğal dövrünün reallıqları dünyada etimad mühitinin mövcudluğundan danışmağın mümkünsüzlüyünü təsdiq edir. Tarixi Zəfərimiz Azərbaycan dövlətinin qətiyyətinin, böyük səylərinin, ədalətə və beynəlxalq hüquqa söykənən təbliğatının nəticəsidir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci ildə Şuşada Vaqif Poeziya Günlərinin açılışı mərasimində söylədiyi bu fikirlər Azərbaycanın dünyaya ədalətin və beynəlxalq hüququn mövcud olduğunu necə sübut etdiyini açıqlayır: “İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.”
Dünyada baş verən müharibələrin təcrübəsi göstərir ki, qüdrətli ordunun mövcudluğu, xalqla birliyi, dövlətin siyasi, iqtisadi qüdrəti, insanların həmrəyliyi və mübarizlik əhval-ruhiyyəsi istənilən qələbənin qazanılması üçün baslıca şərtdir. Bu sınanmış hikməti hakimiyyətə gəldiyi ilk gündən siyasətinin əsas istiqamətləri kimi həyata keçirən Prezident İlham Əliyev dünyanı idarə edən dövlət başçıları arasında liderlik mövqeyini möhkəmləndirdi. Daim irəliyə baxdı. Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasəti, islahatları müasir dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyev Ali Baş Komandan kimi ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə, Silahlı Qüvvələrimizin ən müasir silah-sursatla, hərbi avadanlıqlarla təmin olunmasına xüsusi diqqət yetirməklə qələbə əzmində olan ordu formalaşdırdı. “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbiçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu edəcəyik. Biz güclü, qüdrətli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir” söyləyən Prezident İlham Əliyevin sözlərini rəşadətli Milli Ordumuz döyüş meydanında hərbi üstünlüyü ilə təsdiqlədi. Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 gün davam edən müharibədə göstərdiyi döyüş taktikası ilə hamını təəccübləndirdi. Müasir dünya döyüş taktikasının modelinə malik olduğunu ortaya qoydu. Xalqımızın ordumuza inam və etibarı özünü doğrultdu. Haqqın və ədalətin bərpa edilməsi naminə başlanan müharibə xalq-iqtidar-ordu üçlüyünün qarşısıalınmaz yenilməz güc olduğunu bütün dünyaya bəyan etdi. Bütün dünya ictimaiyyəti müharibə dövründə xalqın gücünün hərb və müdafiə işinə səfərbər edilməsini gördü. 30 il işğal altında qalan Füzulini, Cəbrayılı, Zəngilanı, Ağdamı, Qubadlını, Kəlbəcəri, Laçını, Şuşanı, Hadrutu… düşməndən xilas edən Azərbaycan Ordusunun hər bir zabiti, əsgəri xalqımızın iftixar, qürur mənbəyinə çevrildi. Noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin alınması, noyabrın10-da Ermənistanın ağ bayraq qaldıraraq kapitulyasiyaya imza atması tariximizə Zəfər həftəsi kimi yazıldı. Prezident İlham Əliyevin “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir” sözləri Cıdır düzündə sərxoş halda yallı gedən Paşinyana, onu dəstəkləyən Fransaya, digər havadarlarına zərbə, tarixi dərs oldu.
Butun dünya dəmir iradəyə malik Azərbaycan xalqının gücünü, birliyini, iradəsini, qələbə əzmini gördü. Bu birlik isə Azərbaycan Ordusuna güc-qüvvət verdi, tarixi qələbəyə aparan yola işıq saldı. “Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başaqaları da. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir… Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq” söyləyən Prezident İlham Əliyevin sözləri belə bir əminlik yaradır ki, uzun illər siyasi, diplomatik səyləri ilə qələbəyə nail olan Azərbaycan gələcəkdə də bölgədə formalaşacaq əməkdaşlıq formatının müəllifi olacaq.
Artıq üç ildir ki bayramlarımız sırasına Zəfər Günümüz daxil olub. 105 il əvvəl müstəqilliyinə qovuşan ölkəmizin tarixində noyabrın 8-i Zəfər Günü kimi qeyd edilir. Həmin gün işğalçı Ermənistanın Azərbaycan torpaqlarından qovulması və düşmənin kapitulyasiya aktını imzaladığı gündür. Bu Zəfər xeyrin şər, həqiqətin yalan, doğrunun saxtakarlıq, qanunun qanunsuzluq, quruculuğun dağıdıcılıq, insanlığın vəhşilik, haqqın haqsızlıq və başqa yaxşı əməllərin pisliklər üzərində qələbə çaldığı gündür. Dostları və müttəfiqləri Zəfər Gününün sevincini Azərbaycanla birgə yaşayır. Bu gün Azərbaycan ictimaiyyətinə öz dövlətinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini qorumağın, bu istiqamətdə mübarizənin sevincini yaşatdı. Azərbaycan gəncliyi Vətən müharibəsində şirin canlarını qurban verməklə sonrakı nəsillərə örnək oldular. Zəfər Günü Azərbaycanın ərazi bütövlüyünün təmininin, azadlığın böyük sərvət olduğunun fərəh və qürurunu yaşatdı. Bəs Azərbaycan niyə torpaqlarını hərb yolu ilə azad etdi? Torpaqlar sovetlər dağılandan sonra yaranan qarışıqlıq zamanı işğal olunmuşdu. O zaman Ermənistana havadarlıq edənlər bu işğalın baş tutması və ərazilərin ermənilərin nəzarəti altında qalması üçün bütün pisliklərə əl atdılar. Onlar Qarabağ və ətraf rayonlardakı tikililərin, evlərin inzibati binaların, xəstəxana, muzey, uşaq bağçaları və dini-tarixi məskənlərin daşını daş üstə qoymadılar. Bu ərazilərdən narkotik bitkilərin yetişdirilməsi və narkotik maddələrin qanunsuz dövriyyəsi üçün qonşu dövlətlər belə istifadə edirdi. Ermənistanda hakimiyyətə gələnlər isə Azərbaycanın yeni-yeni ərazilərini işğal etmək niyyətlərini gizlətmirdilər. Ermənistan bu planını reallaşdırmaqla Azərbaycanı məcbur etmək istəyirdi ki, Qarabağı güzəştə getsin. 30 illik danışıqlar, Ermənistanın gündən-günə artan ərazi iştahası, beynəlxalq vəziyyət və ermənilərin davranışlarına vasitəçilərin laqeyd münasibətləri Azərbaycanı əks-hücum əməliyyatı keçirməyə vadar etdi. İşğalçı torpaqlardan qovuldu.
Qeyd etdiyimiz kimi, bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Üçtərəfli Bəyanatın imzalanmasının səbəblərindən biri Şuşanın, daha sonra Bayraq Günü 72 yaşayış məntəqəsinin, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad edilməsidir. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın.
İqtisadi gücümüz qələbəni əldə etmək potensialımızı təmin etdi. Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. İqtisadi müstəqilik ordumuzu gücləndirmək üçün imkan yaradıb. Ordu üçün lazım olan bütün hərbi texnikanı, silahları alırıq. Azərbaycanda müdafiə sənayesi yaradıldı. Ordumuzun tələbatı böyük dərəcədə daxili istehsal hesabına təmin edilir.
Zəfər Günü Cənubi Qafqazda bütün istiqamətlər üzrə yeni şərait yaratdı. Azərbaycanın Qələbəsi ilə regionda təhlükəsizliyin təmin olunmasına ümidi artırdı. Cənub Qafqazın təhlükəsizliyi həm də beynəlxalq sülh üçün töhfəyə çevrildi. Azərbaycanın Zəfəri region dövlətləri və bölgədə marağı olan güclərin əməkdaşlıq etməsinə şərait yaradıb. Bir daha təsdiqləndi ki, işğalçı, dağıdıcı siyasət yürüdən Ermənistan regionun inkişafına mane olur. Bu tip fəaliyyətin qarşısını isə Azərbaycan qələbəsi ilə ala bilib.
Zəfər Günü Cənubi Qafqaza sülh və əmin-amanlığın yolunu açıb. Azərbaycan torpaqlarını işğalçıdan və separatçılardan təmizləməklə qondarma status iddiasına düşənlər üzərində də qələbə çaldı. Zəfər Günü həm də regiona sülh, əmin-amanlıq və rifah arzulayanların bayramıdır. ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının bariz nümunəsidir. Bu gün ən yüksək zirvələrdə dalğalanan, qələbə sevincimizin müjdəçisi olan üçrəngli bayrağımız bu bayrağa illərdir həsrət qalmış doğma torpaqlarımızda dalğalanır. Üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirir.
Qalibiyyət rəmzi olan üçrənğli bayrağımız qürurumuz. Dəyərimizdir. Ölkə Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı günü kimi qeyd edilir. Dövlətçiliyimizin, milli, mənəvi dəyərlərimizin daşıyıcısı olan müqəddəs bayrağımıza ümummilli ehtiram dövlət başçımız tərəfindən yürüdülən siyasətin əsasını təşkil edir. Dövlət bayrağı hər bir vətəndaş tərəfindən müqəddəslik, azadlıq, fəxr və qürur mənbəyi kimi qəbul olunur. Müzəffər Ali Baş Komandanmızın qeyd etdiyi kimi, “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.”
Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında, xüsusilə 2018-ci ildə Azərbaycan Silahlı Qüvvəlrinin 100 illiyi, həmçinin Bakının işğaldan azad edliməsinin 100 illiyi münasibətilə keçirilən hərbi paradda bu əminliyi ifadə etmişdir ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.
Həmin vaxtdan iki il sonra dünya tarixi Zəfərimizin şahibinə çevrilməklə yanaşı, bu Qələbinin dünyaya təqdimatı olan Zəfər paradı keçirildi. Zəfər paradında Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirildi.
Hər bir dövlətin, millətin varlığını təsdiqləyən, əsrdən əsrə, nəsildən nəslə ərmağan olan, varlığını bildirən bayraqlar ululardan miras qalan müqəddəs əmanət, varlıq simvoludur. Tarixdə adını yaşadan sərkərdələrin düşmən üzərində qələbəsinin zəfər müjdəçisi adlandırılan bayrağımız alınmaz qala kimi toxunulmaz sayılmış, ucadan uca hesab edilmişdir. Elə buna görə də daim başımızın üstündə saxladığımız bayrağımız sevincimizin ilk şahidi, qələbə müjdəçisi sayılır. Üçrəngli bayrağımız müstəqilliyimizin rəmzi kimi BMT- nin, Avropa Şurasının, üzvü olduğumuz digər beynəlxalq təşkilatların, ölkəmizi başqa respublikalarda təmsil edən səfirliklərimizin qarşısında əzəməti ilə Azərbaycanı təmsil edir, göz oxşayır. Şərəfimiz, müstəqilliyimizin əbədi qarantı olan bayrağımızın dalğalanması də əsrlər boyu xalqımızın azadlığının, müstəqil siyasətimizin, süverenliyimizin, bütün xalqlarla bərabər yaşamaq hüququmuzun ifadəsi, arzuların reallaşması oldu.
Son üç ildə digər bayramlarımız kimi, 9 noyabr Bayraq Gününü də Zəfər ruhunda qeyd edirik. 44 günlük İkinci Qarabağ müharibəsinin hər gününü tariximizə Zəfər səhifəsi kimi yazan rəşadətli Azərbaycan Ordusu bu torpaqlara üçrənğli bayrağımızı sancmaqla işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdı. Bu gün Azərbaycan bayrağı bütün işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğanır. Bundan xoşbəxt nə ola bilər ki? Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir çıxışında, müsahibələrində bu çağırışı edir ki, hazırda dirçələn Qarabağ, Şərqi Zəngəzur Azərbaycanının gücünü göstərir. Biz istədiyimizə hər zaman nail oluruq.
Aynur Behbudova
Sumqayıt Şəhər Məhkəməsinin hakimi

9-11-2023, 11:30 228

Digər xəbərlər

“Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakı” mövzusunda tədbir keçirilib-FOTO

İlham Əliyev Sumqayıtın inkişafında xidmətə görə bir qrup şəxsi təltif etdi

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Bu gün, 17:05
Bu gün, 16:33
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
1 2 3 4 5 6 7 8 9 10 ... 903